İdman 09:15 19.11.2013

Böyükağa Hacıyev Foqtsa meydan oxudu


"Mənim Berti Foqtsa bir insan kimi hörmətim var. Amma unutmayaq ki, illər öncə bir nəticə qazanıb və bütün ömrü boyu bunu xərcləyir. Eyni zamanda, nə gəldi danışır. İnsan gərək iş görə, sonra danışa. Foqts Azərbaycan yığmasına 6 il ərzində nə verib? Heç nə. Millidəki, futbolumuzdakı inkişaf ölkə başçısı İlham Əliyev və AFFA prezidenti Rövnəq Abdullayevin qayğısı nəticəsində mümkün olub". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev bildirib ki, Foqts özünü çox göylə aparır: "Mən altı ay dedim ki, Araz Abdullayevi milliyə çağır. Amma o bunu etmədi. Görünür, bizim sözümüzlə oturub durmağı özünə sığışdırmadı. Ara sakitləşdikdən sonra isə ona dəvət göndərdi, indi isə yaxasını buraxmır. Foqts unutmasın ki, alman alimlərinin indi dediklərini bizim şəxsiyyətlərimiz 12-ci əsrdə deyiblər. Yəni, biz onlardan geri qalmırıq".

Qaynar.info