İdman 19:13 23.08.2013

Böyükağa Hacıyev “Neftçi”yə qayıtdı

O, vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq.

Azərbaycanın təcrübəli futbol mütəxəssisi, “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev yenidən kluba qayıdıb. 
 
Qaynar.info extratime.az-aistinadən xəbər verir ki, bundan sonra o, klub prezidenti SadıqSadıqovun müşaviri vəzifəsini tutacaq. Bu qərar rəhbərliklə Hacıyevarasında keçirilmiş görüşdə qəbul olunub. 

O, vəzifəsinin icrasına sentyabrın 1-dən başlayacaq.

Xatırladaq ki, B.Hacıyev “Neftçi”ninAlbaniyanın “Şkenderbeu” klubuna məğlub olaraq, Çempionlar Liqasını tərketməsindən sonra klubdan kənarlaşdırılmışdı.

Qaynar.info