Dünyanın ən yaşlı insanı olaraq tanınan Cellino Villanueva Jaramillo 121 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, Çilinin San Xose de Mariquina şəhərində müalicə aldığı xəstəxanaların birində vəfat edib.

25 iyul 1896-cı ildə dünyaya gələn Jaramillo doğum haqqında şəhadətnaməsi olmadığı üçün Ginnesin Rekordlar Kitabına düşə bilməsə də "dünyanın ən yaşlı insanı" ünvanının sahibi idi.

O, keçdiyimiz günlərdə yatağından yıxılaraq 3 qabırğasını qırmış, qırılan sümüklərdən biri də ağ ciyərini sıradan çıxarmışdı. Jaramillonun bilinən heç bir qohumu həyatda deyil.