Foto 14:04 28.09.2018

Üç gündə 3 açılış: "Bakcell" bu dəfə Zaqatalada (FOTOLAR)

Bu gün Zaqatalada "Bakcell"in yeni Satış və Xidmət Mərkəzinin açılış mərasimi olub.

Qaynarinfo xəbər verir ki, "Bakcell" rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə "Bakcell"in baş icraçı direktoru Nikolay Beckers çıxış edərək, "Bakcell" rabitəsinin və xidmət mərkəzlərinin regionlara doğru sürətlə genişləndiyini söyləyib.

"Zaqatalada ilk dəfə oluram və biz bura əliboş gəlməmişik. Belə ki, yeni açılan Müştəri Xidməti Mərkəzimizə yaxınlaşan ilk 50 nəfərə "Bakcell"in 4G data kartını hədiyyə edəcəyik. Həmin müştərilər bununla yanaşı eyni zamanda 1 ay pulsuz internet trafiki qazanacaqlar", - deyə o, bildirib.

Qeyd edək ki, son 3 gündə "Bakcell" 3 yeni mərkəzinin - Göyçayda diller mağazası, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.