Ölkə 10:00 11.09.2013

Üç uşaq atasının meyiti tapıldı

Bir neçə gün əvvəl ad gününü qeyd edən ailə başçısı özünə qəsd edib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Qobustan rayonunun Çulxallı kənd sakini, 43 yaşlı Asif İsayev özünü öldürüb. Onun meyiti dünən yaşadığı evin həyətindəki qoz ağacından asılmış vəziyyətdə tapılıb. Avqustun 23-də 43 yaşını qeyd edən A.İsayev 3 körpənin atası idi.

Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktı təsdiqləyən Qobustan Rayon Porokurorluğundan Milli.Az bildirildi ki, Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qaynar.info