Bir neçə gün əvvəl ad gününü qeyd edən ailə başçısı özünə qəsd edib.Milli.Az-ın əldə etdiyi məlumata görə, Qobustan rayonunun Çulxallı kənd sakini, 43 yaşlı Asif İsayev özünü öldürüb. Onun meyiti dünən yaşadığı evin həyətindəki qoz ağacından asılmış vəziyyətdə tapılıb. Avqustun 23-də 43 yaşını qeyd edən A.İsayev 3 körpənin atası idi.
Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktı təsdiqləyən Qobustan Rayon Porokurorluğundan Milli.Az bildirildi ki, Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Qaynar.info
Şərhlər