Maqazin 16:22 09.01.2020

Castin Biber sağalmaz xəstəliyə tutuldu

Kanadalı pop müğənnisi Castin Biberdə gənələrin səbəb olduğu sağalmaz bir xəstəlik üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, 25 yaşlı sənətçi ona "dəhşətli göründüyünü" və bunun narkotik istifadəsindən yarandığını deyən narazı kütləyə cavab verib. 

"Onlar bilmir ki, mənə Layma xəstəliyi diaqnozu qoyulub", - gənclərin kumiri "Instagram"da qeyd edib.

Səhhətində problemlər yaranmağa başladığı son iki il müğənni üçün çox ağır olub. Həkimlər Biberi xroniki mononükleozdan da müalicə edirlər.
Xatırladaq ki, Layma xəstəliyi gənə dişləməsi ilə ötürülən beş növ bakteriyanın səbəb olduğu yoluxucu xəstəlikdir. Xəstəlik müxtəlif klinik təzahürlərə malikdir, o cümlədən: qızdırma, baş ağrısı, halsızlıq və dərinin ciddi zədələnməsi. Bəzi hallarda oynaqların, ürək, sinir sistemi və gözlərin toxumaları zədələnir. Xəstəlik vaxtında müalicə olunmazsa, ölüm və əlliliyə gətirib çıxarır.

Mononükleoz (Öpüş xəstəliyi) isə virusların səbəb olduğu yoluxucu xəstəlikdir və bu virusa Epstein Bar Virusu deyilir, herpes viruslar ailəsindəndir. Dəqiq simptomları yoxdur.

Alpər