Dünya 20:35 19.08.2018

Cavad Zərif: "ABŞ ölkəmizdə inqilab etmək istəyir"

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ı ölkəsində inqila etməyə çalışmaqda günahlandırıb.

Qaynarinfo Mehr agentliyinə istinadən xəbər verir ki, XİN başçısı bu barədə 1953-cü ildə İranda baş verən inqilabın ildönümü ilə bağlı yayımladığı bəyanatında bildirib.

Cavad Zərif qeyd edib ki, 1953-cü il inqilabı ABŞ tərəfindən həyata keçirilib və amerikalılar tarixi təkrarlamaq istəyir:

"65 il əvvəl bu gün ABŞ xalqın seçdiyi mərhum Mosadd?q hökumətini devirərək diktatura rejiminin gülənməsini təmin etdi və 25 il ərzində İran xalqının azadlığını əlindən aldı. Bu gün ABŞ rəhbərliyi təzyiq, yalan və demoqoqluq yolu ilə yeni şeyi təkrarlamaq istəyir. Bu bir daha əsla baş verməyəcək".