Video 14:38 24.05.2018

Cavanşir Məmmədov: “Muğam oxuyacam, Səməd diz çökər” (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonaqları əməkdar artit Cavanşir Məmmədov və xalq artisti Səməd Səmədov olub.

Qaynarinfo xəbər verir ki, ilk olaraq xalq artisti muğam oxumağı bacarmadığını etiraf edib:

"Mən, Səməd Səmədov 20 il toylar titulu daşımışam, indi xalq artistiyəm. Bir də görürsən ki, mən aparan məclisdə hansısa şirkətin toyu və ya ev şənliyidir, biri gəlib muğam oxuyur. Mən az qalıram diz çökəm onun qarşısında. Muğam oxuyanın qarşısında mən diz çökürəm. Amma Səməd olan məclisdə heç kimə etiyac yoxdur”.

Cavanşir Məmmədov isə Səməd Səmədovun etirafına bu cür reaksiya verib:

"Onda mən indi muğam oxuyacam. Səməd, sən diz çökərsən baxarıq”.