Ölkə 12:59 10.08.2015

Cavid Hüseynov istintaqa çağrılacaq

Millimizin üzvü Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə görə "Qəbələ"dən kənarlaşdırıb. 

Sport7.az xəbər verir ki, klub məsələyə tam aydınlıq gələnə qədər yarımmüdafiəçini komandadan uzaq saxlayacaq.

Buna görə də, Hüseynov Topaz Premyer Liqasının birinci turu çərçivəsində "Qarabağ"a qarı keçirəcəkləri oyunda iştirak etməyəcək. Əldə etdiyimiz məlumata görə, o, komandasına heç tribunadan da dəstək verməyəcək. Belə ki, futbolçu Qəbələyə yollanmayıb. 

Hazırda Bakıda olan Hüseynovun istintaqa çağrılması an məsələsidi. O, hüquq-mühafizə orqanları tərəfindən şahid qismində dindiriləcək. Bundan başqa Cavidin mərhumla telefon danışıqlarına qulaq asılacaq. Onun Rasimin ölümündə günahı olub-olmadığı yalnız bundan sonra aydınlaşdırılacaq.

Qeyd edək ki, ölümə görə artıq Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Qaynar.info