Ölkə 17:57 02.12.2013

Cavid Qurbanovun babasının heykəlini sökdülər - FOTOLAR

Qaynar.info axar.az-a istinadən xəbər verir ki,“Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun babası, Azərbaycanın məşhur aşıqlarından biri olan Dədə Şəmşirin Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki heykəli sökülüb. 

Heykəl təxminən 3 ay bundan qabaq sökülüb. Belə ki, Cavid Qurbanov küçənin girəcəyindəki zibilliyi abadlaşdırıb, çox da hündür olmayan barı ilə əhatələyib, gül kolları əkilib, yaşıllıq salınıb. Sakinlərin istirahət etməsi üçün skamyalar qoyulub. Postamentin üstündə aşığın tuncdan tökülmüş büstü və yanında da Şəmşir bulağı qurulub, həmçinin Aşıq Şəmşirin şeirlərindən parçalar yazılıbmış. Sakinlər heykəlin sökülməsinin səbəbini bilmədiklərini də deyiblər.

Qaynar.info