Maqazin 18:46 22.01.2015

Cazibədar aparıcı Mələk əxlaq meyarını açıqladı - FOTOLAR

Cazibədar aparıcı Mələk əxlaq meyarını açıqladı.

Ailəm.az-ın “Qadın...” rubrikasında tanınmış azərbaycanlı qadınların qadınlar haqda fikirlərini dərc edirik. Qonağımız aparıcı, aktrisa Mələk Heydərovadır. Mələk Heydərova “Space” kanalında yayımlanan “Kişilər evdə olmayanda” verilişinin aparıcılarından biridir. Həmçinin, bir sıra seriallarda rol alıb.

1. Gözəllik estetikanın kateqoriyası olaraq özünün tam, mümkün olan izahını tapa bilməyib. Onun nisbiliyi təfəkkürə, estetik zövqə və ümumi dünya görünüşünə idrak və intellektual bilik sisteminə söykənə, dəyişə bilər. Bir kəsə gözəl görünən, başqa birinə çirkin görünə bilər. Gözəllik fərdidir və əfkarı-ümumiyə şamil etmək olmaz. Gözəllik ruh hadisəsidir. Mənəvi prosesdir. Ruhu gözəl insan hər kəsi gözəl görə bilər. Bunu cismani və fiziki izahı yoxdur. Ən azı gözəllik sözü fizikada yoxdur.

2. Hansı qadın xoşbəxt qadındır? Həyatda xoşbəxt qadın var ki?

3. Azərbaycan mentalitetinin qadına münasibəti elədir ki, sanki bu sözü kişilər fikirləşib.

4. Əxlaq meyarlarını ölçə bilməyən qadın əxlaqsız qadındır. Bu, eyni zamanda kişilərə də aiddir.

5. Nə üçün qadınların nə istədiyini bilmək mümkün deyil? Sizdə Freydin nömrəsi var? Freydin otağında qəribə olsa da, qaşqay xalçaları yerləşdirilmişdi. Qırmızı rəngi çox sevirdi.

6. Məşhurluq qadına heç nə qazandırmamalıdır.

7. Qadının gücü onun sevgisindədir.

8. Qadın arzu edəndə ailə həyatı qurmalıdır.

9. Zaman qadına qocalmağı öyrədir.

10. Kişilər bir şeyi bilməlidirlər ki, qadın var. Qadınlar 2 cür olur: ya sevgili, ya nifrət mənbəyi. Birincilər mələk kimi - mənim kimi, ikincilər iblis olur.

Qaynar.info