Maqazin 09:49 31.01.2015

Cazibədar serb gözəli Bakıya gəlir

Ötən ilin noyabr ayında paytaxtımızda qonaq olan məşhur serbiyalı modelyer İvana Sərt rol aldığı yeni filmin təqdimatı ilə bağlı yenidən ölkəmizdə olacaq.

Anspress-in məlumatına görə, “Ben bilmem eşim bilir” proqamının aparıcısı olaraq tanıdığımız aktyor İlkər Ayrıkın rejissorluq etdiyi “Yapışıq qardaşlar” filmində Şeron Stounun çəkildiyi “Əsas instinkt”dəki erotik səhnələri imitasiya edən İvana Sərt, həmkarları və yaradıcı heyətlə Azərbaycana gələcəklərini bildirib. Onlar bu barədə “Beyaz Show” proqramında qonaq olarkən söyləyiblər. 

Filmin əsas mövzusu isə belədir: Həlim və Səlim adlı qardaşlar Balıkəsirdə birlikdə yaşayan yapışıq əkizlərdir. Hamı tərəfindən çox sevilsələr də, evlənə bilmirlər. Buna problem kimi isə onların yapışıq olmaları göstərilir. Əlacsız qalan əkizlər İstanbula gedirlər və orada Vəhşi Cazibə ilə rastlaşaraq həyatlarını dəyişirlər. 

Qeyd edək ki, müğənni Halil Sezainin də fərqli obrazda çıxış etdiyi “Yapışıq qardaşlar” filmi yanvarın 30-dan nümayiş olunmağa başlayıb. 

Qaynar.info