Ölkə 00:31 24.01.2014

Cəbhə xəttində gərginlik: mülki şəxs yaralandı

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, erməni silahlı qüvvələri Tovuzun kəndlərinin atəş altında saxlayır.

Son məlumata görə, ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb.

Hazırda Milli Ordunun əsgərləri ilə erməni silahlı qüvvələri arasında atışma davam edir.

Qaynar.info