Dünya 15:06 04.08.2013

Cəlalabadda partlayış: Baş prokuror yaralandı - TERROR

Əfqanıstanın Cəlalabad şəhərində son sutkada ikinci terror aktı törədilib
Ötən gün Əfqanıstanın Cəlalabad şəhərində Hindistan konsulluğuna hücumdan sonra bu şəhərdə daha bir terror aktı törədilib. Yol kənarına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 17 nəfər yaralanıb. Onların arasında Cəlalabadın Baş prokuroru da var. Hücumun kim tərəfindən törədilməsi və hədəfin kim olması hələlik məlum deyil.
Xatırladaq ki, dünən Cəlalabadda Hindistan konsulluğu qarşısında kamikadzenin partlayış törətməsi və atışma nəticəsində 12 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdı./anspress/