Ölkə 17:00 14.10.2017

Cəlilabad sakininin şikayətinə baxan yoxdur

Cəlilabad rayon Göytəpə şəhər V.Hüseynov küçəsi 12 ünvanında yaşayan Lətifov Mirsaleh Mürsəl oğlu "Qaynarinfo"nun redakiyasına məktub yazıb. Məktubu təqdim edirik: 

"Mənim 68 yaşım var, 2-ci qrup əliləm. Dövlədən hər ay 190 manat təqaüd alaraq halal yolla ailəmi dolandırıram. Bundan başqa hec bir yerdən gəlirim yoxdur.

Oğlum Ceyhun Lətifov 2002-ci ildə Göytəpə şəhər sakini Qiyasova Aynur Əli qızı ilə ailə həyatı qurub, 2011-ci ildə münasibətləri alınmadığı üçün ayrılıblar.

2003-cü ildə Aynur Qiyasovanın atası Qiyasov Əli Ataxan oğlu Rusiya Fedarasiyasından Azərbaycana gələn zaman oğluma bir sürücülük vəsiqəsini təqdim edərək, onun ücün aldığını bildirib. Əli Qiyasov 2007-ci ildə vəfat edib.

Həmin vəsiqə ilə 2013-ci ildə oğlum dostlarına məxsus avtomaşını idarə edərkən Cəlilabad rayon DYP-si tərəfindən saxlanılıb və ona bu vəsiqə ilə bir daha avtomaşını idarə etməməyi və vəsiqəni dəyişməyi tövsiyyə ediblər. Oğlum həmin vəsiqəni dəyişmək məqsədilə 18.10.2013 tarixində Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə təqdim edib. Həmin vaxtadək qaynatasının ona verdiyi sürücülük vəsiqəsinin saxta olmasını bilməyib. Qaynatası olduğuna görə ona inanıb. Sürücülük vəsiqəsini yoxlatdıqdan sonra həmin vəsiqənin saxta olmasını bilib. Oğlum 16 mart 2015 -cü ildə bu işlə əlaqədar Göytəpə polis şöbəsinə gedərək işin kimdə olmasını öyrənmək məqsədilə orada təhqiqatçı işləyən polis mayoru Fuad Əsgərovun yanında olub. İişin kimdə olmasını soruşduqda, Fuad Əsgərov onun işinin Cəlilabad RPŞ-də olduğunu və heç kimin yanına getməyə ehtiyac olmadığını, işi özünün düzəldəcəyini deyib. Oğlum da Fuad Əsgərovun yerli olmasına və onun səmimiliyinə inanıb.

Fuad Əsgırov işin həlli ücün oğlumdan 500 AZN pul istəyib. Deyib ki, bu pul cərimədir. Ceyhun məndən 500 manat istədi. Mən də həmin pulu borc alaraq ona verib. Oğlum təqribən axşam saat 18.00 radələrində həmin pulu V.Mürsəlov kücəsində yaşayan Əsgərov Fuad Qulam oğluna evinin önündə təqdim edib. O, oğlumu əmin edib ki, problemi həll edəcək.

Üstündən bir müddət kecdikdən sonra - 8 iyun 2015-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsində işə baxılıb və oğlum Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlərinə cəlb edilməsi ilə bağlı barəsində qərar çıxarılıb. 

Mən məhkəmənin qərarını götürüb Fuad Əsgərovun yanına getdim və qərarı oxumasını ondan istədim. Sonra oğlum Ceyhundan cərimə adı ilə aldadıb aldığı 500 manatı geri qaytarmasını xahiş etdim. Xahişimə baxmayaraq, bu günə qədər pulu geri ala bilməmişəm. O, qəti şəkildə pulu verməyəcəyini bildirir. Hətta imkanı yoxdursa, həmin pulun 200 manatını ona bağışladığımı, qalanını qaytarmasını istədim ki, borcmu ödəyim. Fuad Əsgərov mənim bu xahişimi də rədd etdi.

Məcbur qalıb onun bacısınln əri, Prezident Aparatında işləyən Əzizov Fikrət Nəhməd oğlunun mobil telefonuna zəng vurub xahiş etdim ki, Fuadı düzgün yola dəvət etsin. Fikrət Əzizov mənə cavabında dedi ki, Fuaddan ona coxlu sayda şikayətlər olunub. Məsləhət bildi ki, hüquq-mühafizə orqanlarına şikayət edim. 

Fuad Əsgərovun evimə 3 dəfə dəvət edərək, ondan verilən pulun hara və kimə, nə məqsədlə verməsini xahiş etdim və səs yazısını lentə almağımı ona söylədim. Həmin lent yazısı kasetini maddi subut kimi özümdə saxlayıram. Bundan sonra məcburiyyət qarşısında qalıb 21 oktyabr 2015-ci ildə Cəlilabad rayon məhkəməsinə yazılı şəkildə mülki işimə baxılması barədə şikayət ərizəsi ilə müraciət etdim. Cəlilabad rayon məhkəməsi şikayət ərizəmi 23 oktyabr 2015-ci ildə №42/2015-li məktubla Cəlilabad rayon polis şöbəsinin rəisi, polis poikovniki Namiq Camalova göndərərək tədbir görülməsi xahiş edib. Bundan sonra ərizəyə baxılmaq üçün Göytəpə polis bölməsinə göndərilib. Göytəpə polis bölməsinin təhqiqatcısı Fərid Qurbanov tərəfindən araşdırma aparılaraq 16.11.2015-ci il tarixdə toplanmış material üzrə cinayət işinın başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Qərar haqsız çıxarıldığından yenidən Cəlilabad rayon prokurorluğuna müraciət etdim. Yenidən material rayon prokurorluğunda öyrənilərək qərar əsassız olduğundan 19.05.2016-cı il tarixdə ləğv olunub və zəruri göstərişlər verilməklə əlavə araşdırma aparılması ücün Cəlilabad rayon polis şöbəsinə qaytarılb. Cəlilabad payon polis şöbəsi Göytəpə polis bölməsinin təhqiqatçısı Rövşən Məmmədov tərəfindən əlavə araşdırma aparılaraq 13.06.2016-cı il tarixdə toplanmış material üzrə işin başlanmasının rədd edilməsi barədə təkrar qərar qəbul edilib. Təhqiqatçı Rövşən Məmmədov işin obyektiv ararılması ücün ona təqdim edilən, Fuad Əsgərovun səs yazısı diskinə əhəmiyyət verməyərək işi qeyri obyektiv aparıb. 04.06.2016-cı il tarixdə Göytəpə şəhər polis bolməsində akt tərtib edilərək maddi subut əhəmiyyəti kəsb etdiyindən təkrar araşdırma ilə bağlı HK-1-619 saylı materiala əlavə edilməsi ücün polis kapitanı Rövşən Məmmədova həmin diski vermişəm. Həmin diskdə polis əməkdaşı Fuad Əsgərov, oğlum Ceyhundan Lətifov 500 manat pul almasını öz səs yazısı ilə təstiq edib. Fuad Əsgərov Ceyhundan 500 AZN aldığını və Cəlilabad rayon prokuroru əvəzi işləyən şəxsə verdiyini deyib.

Fuad Əsgərov oğlumdan 500 manatı aldıqdan sonra Rusiyaya istirahət etməyə gedib.

Təkrar yenə Cəlilabad rayon prokurorluğuna ərizədən ehtirazımı bildirdim. Material rayon prokurorluğunda nəzarət qaydasında öyrənilərək qərar əsassız olduğundan 26.08.2016-ci il tarixdə təkrarən ləğv edilib və zəruru göstərişlər verməklə əlavə araşdırma aparılması ücün Cəlilabad payon polis şöbəsinə qaytarılıb. Materialı yenidən Cəlilabad payon polis şöbəsi Göytəpə polis bölməsinin təhqiqatçısı Elməddin Rüstəmov tərəfindən əlavə araşdırma aparılaraq 25.09.2016-cı il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Elməddin Rüstəmova da Fuad Əsgərova aid olan ikinci səs yazısı diskini 05 avqust 2016-cı il tarixdə Cəlilabad rayonu Göytəpə şəhər polis bölməsində təqdim etmişəm. 

Fuad Əsgərovun oğlumu aldadaraq ondan 500 manat almasını Cəlilabad rayonunun bütün hüquq-mühafizə orqanı işciləri bilir. Lakin heç bir tədbir görən yoxdur.C

Elməddin Rüstəmov da işə ciddi baxmayıb, Fuad Əsgərovu müdafiə etməyə can atıb. Bu dəfə də Cəlilabad rayon prokurorluğuna Elməddin Rüstəmov tərəfindən qəbul edilmiş qərar barədə yazılı formada müraciət etdim. Material rayon prokurorluğunda nəzarət qaydasında öyrənilərək qərar əsassız olduğundan 11.09.2016-cı il tarixdə təkrarən ləğv olunub və zəruri göstərişlər verilməklə əlavə araşdırma aparılması ücün Cəlilabad payon polis şöbəsinə qaytarılıb. Bu dəfə də şikayət ərizəmə baxılması ücün Cəlilabad payon polis şöbəsində baş təhqiqatçı, polis mayoru İnqilab Bayramova tapşırılmışdı. Çox keçmədən İnqilab Bayramov işə baxmaqdan imtina etdikdən sonra işin baxılmasını təhqiqatçı, polis kapitanı Nəsimi Bağırova həvalə olundu. Nəsimi Bağırov o biri təhqiqatçılardan fərqli olaraq mənimlə görüşəndə xahiş etdi ki, pulu Fuad Əsgərovdan ala bilməyəcək, odur ki, mən həmin puldan əl çəkim, onu Fuad Əsgərova bağışlayım.

Bir neçə gün sonra Nəsimi Bağırova zəng vurdum və işin nə yerdə olması ilə maraqlandım. Nəsimi Bağırov da tez-tələsik işin rədd edilməsi barədə qərar qəbul etdiyini bildirdi.

Nəsimi Bağırov Fuad Əsgərovun dayısı nəvəsi Mehdiyev Əjdər Nurəddin oğlu və o biri dayısı oğlu Məmmədov Tofiq Bəxtiyar oğlunu şahid qismində dindirərək, işdə cinayət tərkibinin olmadığını sübuta yetirməyə çalışıb.

14.11.2016-cı il tarixdə qərarı alıb yenidən Cəlilabad rayon prokurorluğuna getdim. Orada məni prokuror köməkçisi Aqil Musayev qəbul etdi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etməyimi tövsiyyə etdi. Bundan sonra 36 vərəqədən və bir diskdən ibarət ərizəmlə Baş prokuror Z.Qaralova müraciət etmişəm. Mənə yazılı çəkildə bildirilib ərizəm icraatdadır. Çox təəssüf ki, 5 ay keçməsinə baxmayaraq, Cəlilabad rayon Polis Şöbəsində ərizəmə səhlənkar yanaşılaraq süründürməçiliyə yol verilir, işə obyektiv baxılmır. Bnunla əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Baş Prokurorluğun qaynar xəttinə şikayət etmişəm".

Qaynarinfo.Az