Foto 23:14 16.12.2018

Cəlilabadda yaşı 4,5 min il olan iki ədəd büt tapılıb (FOTOLAR)

Cəlilabad rayonunda yaşı 4000-4500 il olan iki ədəd büt aşkar edilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, totemlərlə bağlı olan bütlər rayonun Şatırlı kəndində tapılıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların üzərində runik yazı tipli işarələr var.

Tapıntılar Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Daha əvvəl Yevlaxda eramızdan əvvələ aid "Bərəkət ilahəsi” tapılıb.