Dünya 00:46 11.09.2013

Cem Yılmaz azərbaycanlı jurnalistlərə sataşdı

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Azərbaycanın xəbər saytlarında haqqında yayılan xəbərlərə reaksiya verib.

Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumatına görə, aktyor çəkildiyi reklam çarxında yol verdiyi texniki səhvin Azərbaycan mediasında işıqlandırılmasından xəbər tutaraq özünün twitter  hesabında "Gözlərdən qaçmır ay balam!"-deyə sözügedən xəbəri qələmə alan jurnalistlərə söz atıb.

Qeyd edək ki, Cem Yılmazın çəkildiyi reklam çarxında qəzeti əlində əskində tutaraq oxuması haqqındakı xəbəri 724news.az xəbər saytı yaymışdı.

Qaynar.info