Ölkə 19:22 28.08.2013

Cəmil Həsənli Londona gedir


Eldar Namazov:"Səfər proqramı yaxın günlərdə açıqlanacaq"

“Sentyabrın 4-də Milli Şuranın 4 üzvü – İsa Qəmbər, Cəmil Həsənli, Fuad Qəhrəmanlı və mən Londona seçki işləri ilə əlaqədar səfər edəcəyik"

Bunu ANS PRESS-ə açıqlamasında, Milli Şura icra aparatının rəhbəri Eldar Namazov bildirdi: "Londonda bizə Rüstəm İbrahimbəyov da qoşulacaq. Belə konfranslar həm daxildə, həm də xaricdə keçirilib”.

E.Namazovun sözlərinə görə, belə səfərlər və xaricdə keçirilən konfranslar əsasən beynəlxalq ictimaiyyət üçün hədəflənib: “Belə görüşlər əvvəl Vaşinqtonda, Brüsseldə keçirilib. Səfər proqramı yaxın günlərdə açıqlanacaq. Londonda müxtəlif qurumlarla görüşlər olacaq”.


Qaynar.info