Siyasət 13:31 10.07.2013

Cəmil Həsənlinin namizədliyi təklif olundu

"Məndən soruşsalar ki, Milli Şuraya ehtiyat vahid namizəd kimi təklif edərdin, mən Cəmil Həsənlinin namizədliyini irəli sürərdim".

Qaynar.info-nun məlumatına görə, bunu Media Hüququ İnstitutunun rəhbəri, Milli Şuranın üzvü Rəşid Hacılı deyib. O fikrini belə əsaslanıdırıb: "Cəmil Həsənli Milli Şurada Rüstəm İbrahimbəyovdan sonra birləşdirici fiqurlardan birincisidir. O, vahid namizədin öhdəliklərini imzalamağa razı olar və onu vicdanla yerinə yetirər".

Qaynar.info