Ölkə 19:05 14.08.2018

Cenoada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı varmı?

İtaliyanın Cenoa şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır:

"Faciə nəticəsində həlak olanların ailələrinə, yaxınlarına və dost İtaliya xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd edək ki, Cenoada körpünün bir hissəsinin dağılması nnəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.