Ölkə 14:55 15.08.2018

Cənubi Azərbaycandan Ermənistana tonlarla sement daşınır

Cənubi Azərbaycanın sement zavodlarından tonlarla sement Ermənistana daşınır.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı milli-mədəni fəallar məlumat yayıb.

Onların sözlərinə görə, Cənubi Azərbaycanın sement zavodlarından gündə ən azı 25 TIR sement İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsinə, oradan da işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə aparılır.

Qeyd edək ki, İranda sement son günlər 12 faizə qədər bahalaşıb. Ölkədə ən böyük sement zavodu olan "Sofiyan” Təbrizdə yerləşir.