Dünya 16:16 12.11.2018

Cənubi Koreyadan Şimali Koreyaya mandarinli cavab

Cənubi Koreya Şimali Koreyanın göbələk hədiyyəsinə mandarinlə cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın prezident ofisindən məlumat verilib. Şimali Koreyada nadir meyvə hesab olunan mandarin 20 min qutuda göndərilib. 

Qeyd edək ki, iki ölkə liderinin sentyabr ayında baş tutan görüşündən sonra Şimali Koreya Cənubi Koreyaya göbələk hədiyyə etmişdi.

Gülşən