Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirin "X” platformasında paylaşım edilib.
Ətraflı
"Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz baş tutdu.
Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq”, - Ceyhun Bayramov vurğulayıb.
Şərhlər