Ekonomiks 18:33 20.08.2013

“Chrome”də valideyn nəzarəti funksiyası

"Google" şirkəti "Chrome" brauzerində "nəzarət edilən hesablar" funksiyasını təqdim etməyi planlaşdırır.

Sözügedən yenilik sayəsində valideynlər uşaqlarının internetdəki davranışına nəzarət edəcək və müəyyən kateqoriyaya aid saytlara girişi məhdudlaşdıracaq.

Çox güman ki valideyn nəzarəti funksiyası "Chrome OS" əməliyyat sistemi ilə işləyən xrombuk kompüterlərinə quraşdırılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, internet nəhəngi hazırda yeni funksiyanı təkmilləşdirir, ona görə də "Chrome" brauzerində valideyn nəzarəti funksiyasının məhz necə olacağını əvvəlcədən demək olmaz.

Qaynar.info