Video 13:26 09.03.2018

Cin: "Rəqsanədən üzr istədim” (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı reper Ceyun Zeynalov (Cin) olub.

Qaynarinfo xəbər verir ki, Cin müğənni Rəqsanə ilə aralarında yaşanan mahnı qalmaqalından danışıb:

"Bu mahnı yeni il şənliyi üçün yazılmışdı. Kanaldan mənə dedilər ki, onlar bütün bəstəkarlardan, kanallardan icazə alıblar. Proyekt də hər bir müğənni digər müğənninin hit olmuş mahnsını oxuyur. Mənə də verdilər bu mahnını. Kanal icazə almağına baxmayaraq mən də götürdüm yığdım Rəqsanəni. İki dəfə yığdım elə oldu ki, mənə adboy verildi. Mən mahnının Azərbaycan dilində sözlərini yazan bəstəkar Altay Yaşara və aranjıman edən Vüsal Qarayeva el arasında Vaso deyirlər. Onlardan da halallıq istədim. Onlar da dedilər ki, problem yoxdur. Mahnı yanvarın 1-dən başladı hər yerdə getməyə və mahnıya 2-ci dəfə nəfəs verilsin. Mahnı hitə döndü və bu yaxınlarda rəqsanənin bir kanalda açıqlamasını gördüm. Mahnıya və mənim sənətimə qarşı biraz düzgün olmayan sözlər dedi. Artıq məndən müsahibə götürüləndə aydınlıq gətirdim ki, bu mahnı özbək bəstəkarının mahnısıdır. Mən onun mahnısını oxumuşam. Sonda Rəqsanə xanımın sərt müsahibəsinə sərt də cavab verdim. Buna görə İnstagramda video paylaşıb sırf o sərt cavabıma görə üzr istədim”.