Maqazin 15:38 29.08.2017

Cinayətə qurban gedən 13 məşhur (FOTOLAR)

Məşhur aktyor və aparıcı Vətən Şaşmazın öldürülməsi, məşhurlar dünyasında yaşanmış cinayətləri gündəmə gətirdi. Dünyada sevginin sonsuz olmasını, cinayətlərin bitməsini arzu edirək, cinayətə qurban gedən məşhurları təqdim edirik.

1. Bergen


Türkiyənin sevilən arabesk müğnnisi Bergenin ölümündən 7 il əvvəl həyat yoldaşının üzünə atdığı sulfat turşusundan gözünün birini itirmişdi. 1989-cu ildə boşandığı həyat yoldaşı elə həmin ilin avqust ayında Bergeni odlu silahla qətlə yetirir.

2. İsmayıl Hakkı Sunat


İstanbul Dövlət Teatırının aktyoru İsmayıl Hakkı Sunat 2004-cü ildə Geliboludakı villasında öldürülüb. Gənc aktyor yüksək səslə musiqi dinləyən qonşusuna xəbərdarlıq etdiyi üçün, qonşusu onu silahla vuraraq qətlə yetirib. 

3. Şaron Tate


Gözəl aktirisa gecə klublarının birində tanış olduğu prodüser Fil Spector tərəfindən öldürülüb. Spektor təcili yardıma zəng etmək yerinə, evi təmizləməyə çalışdığı müddətdə Klarkson həyatını itirib.

4. Lana Klarkson


Məşhur rejissor Roman Polanskinin həyat yoldaşı, aktirisa Lana Klarkson 8 aylıq hamilə olduğu vaxt 3 dostu ilə birlikdə cinayətin qurbanı olub. Qatil uğursuz karyerası olan qatildir. O musiqi də uğur qazana bilmədiyi üçün məşhurları öldürmək qərarına gəldiyini etiraf edir.

5. Səbahəttin Əli 


Müəllim, şair, yazıçı və jurnalist Səbahəttin Əli cinayətə qurban gedənlərdəndir. Əli Ertekin adlı biri tərəfindən başına kötüklə vurularaq öldürülüb.

6. Tupak Şakur 


Rep musiqisinin tanınmış siması Tupak, əsrarəngiz bir cinayətin qurbanı olub. Bir səsyazma şirkətinin sahibi ilə birlikdə silahlı hücuma məruz qalıb və ağır yaralanıb. Həkimlər onu xilas edə bilməyib. 

7. Feri Cansel 


"Ali baba və qırx quldur" filmi ilə tanınan aktirisa, özünü müğənni kimi də sınayıb. Lakin ölümü çox dəhşətli olub. Sevgilisi tərəfindən qızının gözləri önündə öldürülüb.

8. Doroti Stratten 


Pleyboy modeli olaraq, məşhurlaşan Doroti Stratten, karyerasına aktirisa olsaraq davam edib. 1 evli qalıb boşandığı əri tərəfindən öldürülür.

9. Beki İkala Erikli


"Mələklərlə Yaşamaq" adlı kitabın müəllifi ofisinin qapısında silahla vurularaq öldürülüb. Qatil Sinem K. yazıçının kitabını oxuduqdan sonra psixologiyasının pozulduğunu iddia edib.

10. Aynur Kanbur


Məşhur rəqs qrupu "Mezdeke"nin rəqqasələrinən olan Aynur Kanbur keçən il evində silahla vurularaq öldrülüb. Qatilin kimliyi məlum deyil.

11. Mümtaz Sevinç


"Şehnaz Tango" və "Sihirli Annem" kimi serialların sevilən aktyoru Mümtaz Sevinç 2006-cı ildə cinayətin qurbanı olub. Ayrılmaq istədiyi sevgilisi tərəfindən yuxuda olan zaman bıçaqlanıb.

12. Con Lennon 


Əfsanəvi "Beatles" qrupunun musiqiçilərindən Con Lennon 40 yaşında öldürülüb. Pərəstişkarı tərəfindən qaldığı otelin qapısında silahla vurularaq öldürülüb. 

13. Vətən Şaşmaz


Məşhur aktyor və aparıcı otel otağında keçmiş maniken Filiz Aker tərəfindən öldürülüb. Cinayəti törədən maniken özü də intihar edib. Deyilənə görə, Aker Vatan Şaşmaza qarşı platonik sevgi bəsləyirmiş.

Lalə Niftalıyeva
Qaynarinfo.Az