Dünya 10:51 11.08.2018

Cinayətkar qardaşlar 29 il sonra həbs edildi

Çinin Cilin əyalətində 7 nəfərin ölümündə ittiham edilən 2 qardaş 29 il sonra həbs edilib.

Qaynarinfo "China Daily" qəzetinin istinadən xəbər verir ki, polis Sipinq ərazisində yaşayan 52 yaşlı Çi Cıhua və 49 yaşlı Şi Cıfınqi tutub. Qardaşlar 1989, 1992 və 1993-cü illərdə 7 nəfərin ölümü və 315 min dollar məbləğ oğurluqda ittiham edilirlər. Cinayətlərdən sonra saxta şəxsiyyət vəsiqəsi ilə başqa şəhərə köçən Çi qardaşları ailələri ilə əlaqəni tamamilə kəsib.

Polis axtarılan cinayətkarlara bənzərliklərinə görə qardaşları həbs edib və törətdikləri cinayətlərə görə gizləndikləri, saxta Çin Conqhua ve Çin Conqfınq adlarından istifadə etdikləri məlum olub.

Gülşən