Foto 11:18 06.12.2017

"CinemaPlus" kinoteatrlarında ötən ayın ən çox izlənilən filmləri (SİYAHI)

Noyabr ayında "CinemaPlus" kinoteatrlarında ən çox izlənilən filmlərin siyahısı açıqlanıb.

Qaynarinfo report-a istinadən ötən ay ərzində ən çox baxılan filmlərin sıralamasını təqdim edir:

Birinci yerdə "Cinemazadeh” studiyasının istehsalı olan "Təhmin və Zaur" filmi qərarlaşıb. Komediya janrında olan filmdə tənha qadınları aldadaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə, öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.

İkinci pillədə çəkimləri Azərbaycan və Türkiyədə aparılmış BKM studiyasının istehsalı olan "Yanlış Anlama" filmi qərarlaşıb. Film çətin vəziyyətdə olan Türkiyəli ailəyə Azərbaycanda miras qalır. Mirası almaq üçün Bakıya gələn ailə mirası almaq üçün listdə olan şərtlərə Azərbaycanlı ailə ilə birlikdə əməl etməlidirlər. Hadisələr də elə buradan başlayır.

Üçüncü yerdə daha bir BKM studiyasının istehsalı olan film "Yol Arkadaşım"dır (Yol yoldaşım). Film təcrübəsiz dərman firmasının təmsilçisinin başına gələnlərdən bəhs edir. O, Qurban Bayramına 3 gün qalmış qarşısına 3 məqsəd qoyur. Sevgilsini ailəsi ilə tanış etmək, qovulduğu işə geri qayıtmaq və bütün bunları yol yoldaşı Şərəfin maneələrinə baxmayaraq, həyata keçirə bilmək.

Dördüncü yerdə BKM studiyasının istehsalı "Sen Kiminle Dans Ediyorsun"(Sən kiminlə rəqs edirsən) filmidir. Adi insanların həyat hekayələrindən bəhs edən film gülüş, rəqs və dostluğu bir araya gətirir.

Beşinci yerdə "Walt Disney Studios" studiyasının istehsalı olan "Thor: Ragnarok" filmi yer alıb. Məcarə, fantastikanı özündə birləşdirən filmdə Norse qiyaməti əks olunub. Asgarddan uzaqda, kainatın digər ucunda həbs olunan Thor buradan çıxış yolu axtarır. Həmçinin onun çəkici də əlindən alınıb və Asgarad dağılmağın astanasındadır. Ragnarokun vaxtı yetişib, əgər bu baş verərsə, bütün asgaradlıları yox edəcək və bütün bunları həyata keçirən qəddar Heladır. Thor bu həbsdən qurtulmaq üçün ölümcül yarışda qalib gəlməlidir.

Altıncı pillədə "Worner Browsers" studiyasının istehsalı "Justice League" (Ədalət Birliyi) filmidir. Fantastik janrda olan film cizgi filmlərdən tanınan ən önəmli qəhramanları bir araya toplayır. Supermanın fədakarlığından təsirlənən Batmanin yenidən insanlığa inamı atır. Bəşəriyyətin talehini həll edəcək bu savaşda onlara Wonder Womandə yoldaşlıq edir. Bəşəriyyəti xilas etmək üçün onların çox az vaxtları var.

Yeddinci yerdə FOX studiyasının istehsalı "Murder on the Orient Express" (Şərq ekspresində qətl) filmidir. Film dedektiv janrındadır. 1930-cu illərdə İstanbul və Paris arasında səfər edən məşhur Şərq ekspresində cinayət törədilir. Amerikalı bir milyonerin burada cəsədi tapılır. Qatarda sərnişinlər arasında məşhur Belçikalı dedektiv Erkül Puaroda olur. Qatarın qar uçqunu nəticəsində fasilə verməsi Erkül Puaroya cinayəti aydınlaşdırmaq üçün zaman qazandıracaq.

Səkkizinci yeri qorxu, drama janrında olan "Lionsgate" studiyasının istehsalı "Jigsaw 8" (Mişar 8) tutub. Şəhərdə dəhşətli cinayətlər törədilirdi və bütün sübutlar ancaq bir adama-Jhon Kramerə işarə edirdi. Ancaq bu mümkün deyildi. Çünki Mişar ləqəbi ilə tanınan bu adam çoxdan ölmüşdü.

Doqquzuncu yerdə "Universal Pictures" studiyasının istehsalı olan "The Snowman" (Qardan adam) filmidir. Drama, kriminal, detektiv janrında olan filmdə hadisələr Osloda baş verir. İşdən evə qayıdan qadın oğlunun və ərinin düzəltdiyi qardan adamı görmək üçün səbirsizlənir. Ancaq o evə çatdıqda qardan adamı görmür. Daha sonra pəncərədən baxdıqda isə qardan adamın onlara baxdığını görürlər. Daha sonra "Qardan adam" imzalı məktublar və baş verən cinayətlər hadisələrin daha da qəlizləşməsinə səbəb olur.

Onuncu yerdə isə "Cinema Management Group" studiyasının istehsalı olan "Little Vampire" (Balaca vampir) cizgi filmidir. Cizgi filmi 13 yaşında olan vampir Rudolphun macəralarından bəhs edir. Rudolphun üzvü olduğu vampir birliyi ovçular tərəfindən təqib edilir. Bu zaman o, özü ilə eyni yaşda olan Tony ilə tanış olur və onlar dost olaraq ailələrini ovçulardan qorumağa çalışırlar.