Video 16:22 13.03.2018

“CinemaPlus” “Stalinin ölümü” filminin nümayişinə başlayır (VİDEO)

Azərbaycanın premium kinoteatrı "CinemaPlus” çoxdan gözlənilən "Stalinin ölümü” komediya filminin nümayişinə başlayır. 

"Report" xəbər verir ki, film fransız Fabyen NuriTyerri Robinin komiksləri əsasında çəkilib. 

Filmdə Nikita XruşovStalinin qızı rolunu aktyorlar - Stiv BuşemiAndrea Rayzboro oynayıb. Satirik komediyanın rejissoru britaniyalı Armando İannuççidir.

Rollarda Olqa Kurilenko, Stiv Buşemi, Saymon Rassel Bil, Peddi Konsidayn, Rupert Frend, Ceyson Ayzeks, Maykl Peylin, Andrea RayzboroCeffi Tembor çəkiliblər. 

Filmdə hadisələr 1953-cü ildə SSRİ-də cərəyan edir. Ölkə bir şəxsin qarşısında qorxudan əsir. Martın 5-də baş katib vəfat edir və hakimiyyət uğrunda mübarizə başlayır. 

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.