Foto 19:55 08.02.2018

“CinemaPlus”da Heydər Əliyev Fondu uşaqlar üçün möhtəşəm əyləncə proqramı təşkil etdi (FOTO)

Bu gün "CinemaPlus Gənclik Mall”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncə proqramı təşkil olunub.

"Report" xəbər verir ki, əyləncə proqramının tərkib hissəsi olaraq uşaqlar 2018-cı ildə "Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar formada dublyaj olunan "Paddinqton 2” filmini də izləyiblər.

Tədbirdə filmi Azərbaycan dilinə dublaj edən Murad Dadaşov, Aqil M. Quliyev, Kamran Ağabalayev və rejissor Cəfər Axundzadə iştirak ediblər.

Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 270-dək uşaq və yeniyetmələr məşhurlar ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər

Qeyd edək ki, "Paddinqton 2” filminin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.