Foto 18:49 12.11.2017

Cinsiyyət dəyişdirən aktyor: "Mən də gözləmirdim..."

Cinsiyyət dəyişdirərək kişi olan və adını Nil Erkoçlardan Rüzgar Erkoçlara dəyişdirən türkiyəli aktyor yeni açıqlama ilə yadda qalıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Çingiz Semerçioğluna verdiyi müsahibə zamanı danışan Rüzgar Erkoçlar "Mən də bu qədər yaraşıqlı olacağımı təxmin etmirdim, amma bu məsələ ilə bağlı böyük eqo sahibi deyiləm" deyərək pərəstişkarları kimi özünün də yaraşıqlılığına təəccübləndiyini bildirib.

Aktyor həmçinin övlad sahibi olmaq istədiyini deyib.

Qeyd edək ki, Erkoçlar qısa müddət əvvəl Tuğba Bəyazoğlu ilə ailə həyatı qurub.

Ülkər
Qaynarinfo.Az