Maqazin 19:07 21.10.2017

Cinsiyyətini dəyişdirmiş model «Playboy»un üz qabığında (FOTOLAR)

64 illik "Playboy" jurnalı ilkə imza atıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kişilər üçün nəzərdə tutulan jurnalın noyabr-dekabr sayının əsas səhifəsində fransalı model İnes Rau yer alıb.

İnes kişi olaraq dünyaya gəlmiş və sonradan cinsiyyət dəyişdirmiş qadındır. Model bununla adını jurnalın tarixinə yazdırıb. Rau açıqlamasında bildirib ki, bu fakt cinsiyyət dəyişdirmiş modelləri kariyeralarında irəliləmələri üçün cəsarətləndirəcək.






Gülşən

Qaynarinfo.Az