Texnologiya 11:31 14.02.2018

Cırtdan ölkədən yeni kripto valyuta layihəsi

Dünyanın ən kiçik ölkələrindən biri olan Cəbəllüttariq kripto pul vahidini qanuniləşdirmək üçün addımlar atıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cəbəllüttariq höküməti və Cəbəllüttariq Maliyyə Komissiyası hazırlıqlara artıq start verib. Kripto pul, bazar yaratmaq, alış və satışı təmin etmək üçün qanun layihəsi hazırlanıb qəbul ediləcək. Qanun dünyada kripto valyutanı qanuni elan edəcək ilk addım olacaq. 

"ICO" (Initial Coin Offering) adlanan layihə nəticəsində geniş yayılmış "Bitcoin" və "Ethereum"a alternativ kripto valyuta yaradılacaq. 

Qeyd edək ki, 2017-ci ildə "ICO" üçün 3 milyard dollar, 2016-cı ildə isə 100 milyon dollar ayrılıb.

Gülşən