Dünya 13:31 30.11.2018

CNN Fələstini dəstəkləyən jurnalisti işdən qovdu

ABŞ-ın CNN telekanalının şərhçisi Mark Lamont Hill Fələstin səfərinin ardından BMT-də çıxış edərkən "Çaydan dənizə qədər azad Fələstin" ifadəsini işlətdiyi üçün işdən qovulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, CNN İsrailin təzyiqindən sonra belə bir qərar almaq məcburiyyətində qalıb.

Kanalın mətbuat katibi Barbara Levin Lamontun nə üçün vəzifəsindən xarici edildiyi ilə bağlı konkret açıqlama verməkdən çəkinib və sadəcə bildirib ki, Mark Lamont Hill artıq CNN-də çalışmır.

Qeyd edək ki, İsraili dəstəkləyən qruplar Lamont Hillin çalışdığı Templ Universitetinə və CNN kanalına müraciət edərək, onun vəzifəsindən uzaqlaşdırılmasını istəmişdilər.

Templ Universitetindən verilən açıqlamada Lamontun BMT-dəki çıxışının sadəcə ona aid olduğu bildirilmiş və bir vətəndaş olaraq söylədiyi sözlərin qanunvericiliklə qorunduğu qeyd edilmişdi.

CNN isə təzyiqlərdən sonra Lamontu işdən çıxarmaq məcburiyyətində qalıb. Hill özünə qarşı aparılan kampaniyalara cavab olaraq sosial şəbəkə hesabında bunları yazıb: "Fələstinin müstəqilliyini dəstəkləyirəm. Fələstinin özünə aid qərarlarını özünün verməsini dəstəkləyirəm. İsrailin siyasətinə və etdiklərinə qəti qarşıyam. Yəhudi qarşılığını, yəhudilərin öldürülməsini və ya çıxışıma görə mənə yaraşdırılan sözləri dəstəkləmirəm. Bütün həyatımı bunlarla mübarizə apararaq keçirmişəm".
 
Çingiz Səfərli
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!