Dünya 10:44 10.12.2018

CNN Qaşıqçının son sözlərini açıqladı

CNN jurnalist Camal Qaşıqçının son sözlərini yayımlayıb.

Qaynarinfo xəbər verir ki, jurnalist son anlarında "Nəfəs ala bilmirəm" deyib. Qaşıqçı onu öldürmək istəyənlərə qarşı mübarizə aparıb. Səs yazısında cinayətkarlara meyiti hissələrə parçalayarkən müsiqi dinləmələri tövsiyyə edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə konsulluğunda qətlə yetirilib.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!