Dünya 13:24 21.11.2019

Co Bayden: “Putin mənim prezident olmağımı istəmir, Tramp isə...”

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində onun qələbə qazanmasını istəmədiyini deyib.

Qaynarinfo xəbər verir ki, o bu bəyanatla Corciya ştatının Atlanta şəhərində Demokrat Partiyasından namizədlər üçün keçirilən ümummilli televiziya debatında çıxış edib.

"Başa düşdüyüm ilk şey Donald Trampın mənim namizəd olmağımı istəməməsidir", - Bayden Amerika Konqresinin Nümayəndələr Palatasında Amerika liderinin impiçmenti ilə bağlı bir suala cavab verərkən deyib. - İkincisi, başa düşdüm ki, Vladimir Putin mənim prezident olmağımı istəmir. Buna görə də bu dinləmələrdən çox şey öyrəndim. Nəticədə, biz özümüzə o sualı verməliyik ki, görülməli olan işləri daha çox kim edə bilər – kim Konqres Senatında demokratik çoxluğa sahib olar, Nümayəndələr Palatasında əksəriyyəti qoruya bilər və Donald Trampı məğlub edə bilər”.

Qeyd edək ki, hazırda Demokrat Bayden Trampın 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində ən çox ehtimal olunan rəqibidir. Demokratların fikrincə, Tramp məhz buna görə ukraynalı həmkarı Vladimir Zelenskidən Bayden və oğlu Xanterin Ukraynadakı fəaliyyətlərinə qarşı istintaq başlatmağını tələb edərək, potensial seçki namizədini sıradan çıxarmağa çalışıb.

Alpər