Maqazin 21:46 14.12.2019

Con Lennonun eynəyi rekord məbləğə satıldı

Dünyaca məşhur "The Beatles" qrupunun gitaristi Con Lennonun baraban ifaçısı Rinqo Starrın avtomobilinin arxa oturacağında unuttuğu eynəyi Londonda hərraca çıxarılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məşhur ifaçının eynəyi 170 min avroya satılıb. Eynək 1960-cı illərdə qrupun sürücüsü işləyən Alan Herrinq tərəfindən satılıb. Sürücü Conun unutduğu eynəyi sonradan ona hədiyyə etdiyini və bunu 51 ildir saxladığını bildirib.

Eyni zamanda həmin hərracda qrupun digər gitaristi Corc Haristonun qolbağı 12 min avroya adının açıqlanmasını istəməyən biri tərəfindən satılıb.
 
Camal