Dünya 10:27 03.08.2018

"Condari" tayfunu Çinin Şanxay əyalətini də vurdu

"Condari" tayfunu Çinin Şanxay əyalətinə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Milli Meteorologiya İdarəsi məlumat yayıb. Təbiət hadisəsi yerli vaxtla saat 10:30-da baş verib.

Tayfun küləyinin sürəti 23 km/saat-a çatıb. Hadisə səbəbindən Çinin Zejianq əyalətində 130 min insan təxliyə edilib. Şanxayda isə 134 min nəfərin təxliyyə edilməsi üçün fövqəladə tədbir nəzərdə tutulub. Hökumət sahil bölgəsində yaşayan insanlara evlərindən çıxmamaları barədə xəbərdarlıq edib.

Bölgədəki hava şəraitinin sabaha qədər normallaşacağı bildirilib.