Dünya 18:00 09.02.2018

Corc Buş: "Putin dahi taktikaçıdır"

ABŞ-ın sabiq prezidenti Corc Buş Rusiyanı 2016-cı ildə keçirilən pezident seçkilərinə müdaxilə etməkdə ittiham edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ərəb Əmirliklərinə səfəri zamanı keçirilən mətbuat konfransında danışıb.

"Rusiyanın seçkilərə müdaxilə etməsinə dair əlimizdə dəlillər var, lakin bunun nəticələrə təsir edib etmədiyi isə başqa bir sualdır", - deyə o bildirib.

Buş Rusiyanın müdaxiləsinin demokratiya üçün təhlükə olduğunu, eyni şeyi Soyuq Müharibə illərində də etdiyini xatırladıb: "Rusiya ABŞ və Avropada keçirilən görüşləri manipulyasiya etməyə çalışır. Putin zəif nöqtələri tapıb, ondan istifadə etmə sahəsində dahi bir taktikaçıdır".

Eks-prezident verdiyi açıqlamda ad çəkmədən hazırkı prezident Donald Trampı tənqid edib: "Sistemimiz çöküv, lakin bunu düzəltməliyik. Yoxladım, amma müvəffəqiyyət əldə edə bilmədim".

Qeyd edək ki, Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməklə bağlı ittihamları dəfələrlə rədd edib.