Elçin Əlibəyli

Blogger
Yazılar
2
Corc Oruell – “1984” dünya antiutopiyasının müəllifi

Corc Oruell – “1984” dünya antiutopiyasının müəllifi

Elçin ƏLİBƏYLİ

     Tarix və siyasətə həsr olunan müxtəlif məqalələrdə "soyuq müharibə", "iki dəqiqəlik nifrət", "Böyük Qardaş", "düşüncələr polisi" ifadələrinə tez-tez rast gəlinir. Bu neologizmlərin müəllifləri heç də müasir jurnalistlər və blogerlər deyil, pərəstiş edilən britaniyalı yazıçı Corc Oruelldir. Qeyd etmək lazımdır ki, Corc Oruellin əsərlərinə müxtəlif cür yanaşırlar, lakin təkzibedilməz faktı təsdiq etmək lazımdır: ingilis yazıçısının yazmaları ictimai özünü dərketmənin son dərəcə həssas telinə toxunublar. Buna görə də onların rezonansı mürəkkəb məsələlərə bilavasitə toxunan diskussiyalara səbəb olaraq sürəkli oldu, həmin məsələləri bizim qarşımızda tariximiz qoymuşdu. "İnsanlar kütlə etibarilə – zəif, qorxaq məxluqdurlar, onlar azadlığa davam gətirə bilmirlər, həqiqətin üzünə gik baxmağı bacarmırlar, buna görə də onlardan daha güclü insanlar onları idarə etməli və sistematik olaraq aldatmalıdırlar" ("1984” Corc Oruell). 25 iyun 1903-cü ildə Matixaridə (Benqaliya) təvazökar koloniya qulluqçusunun və onun arvadının sevincinə rəğmən Erik adlı oğlan dünyaya gəldi. Qirx altı ildən sonra, vərəmdən ölümünə az qalmış, o, Corc Oruell təxəllüsü ilə "1984" adlı özünün son kitabını yazacaq. Burada, qorxu və ümidsizlik, ehtiras və qəzəb, insaniyyətini itirmiş insanlar haqqında, həmçinin, öz vətəndaşlarında canlı olan hər şeyi məhv edən dövlət maşınının ziddinə insan olaraq qalmağa cəhd edənlər barədə danışılır.

     Özünə müasir olan 1948-ci ilin cəmiyyətinə və onun necə inkişaf etdiyinə nəzər yetirərək, Oruell insan laqeydliyinin, ağılsızlığının, zəifliyinin və cəsarətsizliyinin ən dəhşətli nəticələrini qabaqcadan bilməyə çalışırdı. O, çox şeydə yanılırdı. Amma "1984" romanı bütün dünyaya səs saldı, tarixdə ən məşhur antiutopiya oldu. Onu qadağan edirdilər və "bütün dövrlərin və xalqların ən yaxşı kitabları"   siyahısına daxil edirdilər – lakin onu inkar etmək qeyri-mümkün idi. Ümumiyyətlə, son əsrdə antiutopiyalar niyə belə məşhur oldular?

     Belə qəbul olunmuşdur ki, antiutopiya – gələcək sosial problemlərin və bəlaların təsviridir, mahiyyəti etibarilə –  indiki zaman üçün xəbərdarlıqdır. Təbii olaraq, hər bir proqnoz kimi, bu da özünün dəqiqlik dərəcəsinə malikdir.

     Antiutopiya nədir? Bunu aydınlaşdırmaq elə də asan deyil. Əlbəttə ki, tərifləri çoxdur, lakin onlar ya kifayət etmirlər və yayğındırlar (Vikipediyada olduğu kimi: "...bədii ədəbiyyatda inkişafın neqativ tendensiyalarının üstünlük təşkil etdiyi dövləti təsvir edən istiqamət" - antropogen postapokalipsisdən nə ilə fərqlənir ki? Bəs kino necə olsun?), ya da mətnin yarım səhifəsini tuturlar və elə qədim- akademik dildə yazılıblar ki, oxuyub sona çatana qədər başlanğıcda nə yazıldığını unudursan və ümumiyyətlə, bu lüğətə girişdiyinə görə peşman olursan.

     Janrı sxematik olaraq müəyyən etməyə çalışaq.

     Antiutopiyanın beş əlaməti: 

     Təsvir edilən cəmiyyətdə yaşamaq açıq-aydın pisdir. Həm də orada yaşamağın pis olduğu – hətta antiutopiya daxilində yaşayanlar bunu başa düşməsələr də –  oxucuya aydındır. 
 


     İlk növbədə orada ona görə pisdir ki, əhəmiyyətli olan sosial azadlıqlar əldən alınıb. Bu, eşidilməmiş yoxsulluqla müşayiət oluna bilər – amma mütləq deyil; bundan başqa, yoxsulluq heç zaman antiutopiyada həyatın əsas çətinliyi olmur. Halbuki, bu və ya digər resurların desifiti bir çox hallarda insanları idarə etməyə kömək edir. Məhz cəmiyyətin təbii sosial inkişafının nəticəsində pis olub – düzgün olmayan texnogen inkişaf, meteoritin düşməsi, magiya, sirli psixoşüalanma və ya ulduzlardan düşən yaşıl adamcıqlar buna səbəb olmayıb. Təsvir edilən cəmiyyətin "çox yüksək texnoloji inkişaf üstəgəl iflasa uğrayan sosial quruluş" əyriliyi yoxdur. Antiutopiyada əlbəttə ki, hansısa texnologiyalar var, amma ya kifayət qədər orta səviyyəlidirlər, ya da onlar haqqında az və səthi danışılır. İnsanlarla manipulyasiya texnologiyaları – istisnadır: burada istənilən haytek mümkündür (Hay-tek – 1970-ci illərdə gec modernizm mühitində doğulan və 1980-ci illərdə geniş tətbiq olunan arxitektura və dizayn üslubudur). Fəlakətli sosial irəliləyişlərin necə və harada baş verdiyi xüsusi bir sirr deyil. Müəmmalı heç nə yoxdur, hər şey aydındır: sadəcə hakimiyyət hərisliyi, xəsislik, ağılsızlıq və ya – bu daha da pis olur – insanları yeni, "daha yaxşı" dünyaya çəkib gətirmək səmimi arzusu. Bəzən yaxadan tutmaq və təpiklərlə: əgər həmvətənlər bu qədər inkişaf etməyiblərsə və "parlaq" perspektivləri görmürlərsə, nə etmək lazımdır? Antiutopiyada cəmiyyətin əsas cəhəti - insana bir şəxsiyyət kimi total, mütləq etibarsızlıqdır. Hər şey yazılmışdır və hər şey qaydalarda, sərəncamlarda müəyyən edildiyi kimi getməlidir. İnsanlar arasındakı fərqlər ya heç etiraf olunmur, ya da çəkilmiş çərçivələrdə onlara icazə verilmişdir – bu zaman insanları ya funksiyalarına görə, ya da təbəqələrinə görə bölürlər. Belə bir cəmiyyətin üzvü heç bir halda baş verənlər haqqında tam və səhih informasiyaya malik olmamalıdır - yalnız dövlət maşını filtrindən keçirdilmiş saxta informasiyalara sahib ola bilər. İdeal halda o heç düşünməməlidir də – onun əvəzinə başqaları düşünəcək ki, nə isə bir şey çıxmasın. Dövlətin əsas qorxusu – antiutopiyalardır – bu, nəzarəti itirmək qorxusudur. Buradan – bütün başqaları gəlir: hər şeydə maksimal unifikasiyadan başlamış dönüklərə nümunəvi-ibrətamiz divan tutmaya qədər. İnsanlar tam, bölünməz, hesabatsız şəkildə "onların əvəzinə hər şeyi həll edənlərə" etibar etməlidirlər və ya minimum kimi əhəmiyyətli nəyə isə təsir etməyə çalışmamalıdırlar. Hakimiyyətin xalqdan hökmdarlara (onlar nə qədər olsalar da və onları necə adlandırsalar da) bu tam ötürülməsi olmadan antiutopiya məhkum edilmişdir. Bu, antiutopiya cəmiyyətini yaradanlara və yaratmaqda davam edənlərə  aydındırmı? Praktik olaraq həmişə - bəli. Və bir qayda olaraq, "elita" hakimiyyəti hər şeydən uca tutur.

     Beləliklə, utopiya – gələcək cəmiyyətin məskunlaşması problemini fərdi təsəvvür səviyyəsində həll etmək, gələcəyi özünün səadət, ədalət, bərabərlik təsəvvürlərinə müvafiq olaraq özünəməxsus şəkildə "düzəltmək" cəhdidir (nümunə - Tomas Mordur). Yəni belə ki, gələcək tarixin öz məntiqinə deyil, müəllifin tarixi inkişafın gedişatı haqqında təsəvvürlərinə uyğun olsun.

     Antiutopiya – başqa bir təzahürdür. İstənilən əsl antiutopiya həmişə öz daxilində qoyulan problemi ehtiva edir. Antiutopiya üçün cəmiyyəti öz inkişafında nəzərdən keçirmək xarakterikdir, halbuki utopiyanın müəyyənedici cəhəti onun sabitliyidir. Hər bir antiutopiyada təzadlar düyünü tapmaq olar, o, bu təzadlara diqqət yetirir və onları həll etməyə çalışır. Oruelldə diktatura və nəzarət problemi, Zamyatində şəxsinin və ictimainin münaqişəsi, Struqatskilərin "İyrənc qu quşlarında" intellekt və nəsillərin münaqişəsi məsələləri müəllifin ağlı və fantaziyası tərəfindən yaradılmayıblar və axirət reallıqları və ya çox uzaq gələcəyə məxsus deyillər. Yox, bu – bizim dünyanın, mövcud varlığın ziddiyyətləridir, hansılar ki, tarixin hər addımı ilə bizim qarşımızda dururlar. "Alman nasistləri və rus kommunistləri metodları üzrə artıq bizə çox yaxın idilər, lakin onların öz motivlərini araşdırmağa cəsarətləri çatmadı. Onlar elə görkəm alırdılar və yəqin ki, hətta inanırdılar ki, hakimiyyəti məcburiyyətdən, məhdud müddət üçün ələ keçiriblər, qarşıda isə, əlini uzatsan, artıq cənnət görünür, harada ki, insanlar azad və bərabər olacaqlar. Biz belə deyilik. Biz bilirik ki, hakimiyyəti heç vaxt ona görə zəbt etmirlər ki, ondan imtina etsinlər. Hakimiyyət – vasitə deyil, o – məqsəddir. Diktaturanı ona görə təsis etmirlər ki, inqilabı qorusunlar; ona görə inqilab edirlər ki, diktatura qursunlar. Repressiyaların məqsədi – repressiyalardır. İşgəncənin məqsədi – işgəncədir. Hakimiyyətin məqsədi – hakimiyyətdir..." (Corc Oruell "1984")

     Kommunaya necə qoşulmamaq olar? Axı burada hər şey düşünülüb, hər kəsə öz yeri ayrılıb. Antiutopiya ya bu təzadları onların təşəkkülünün məntiqi sonluğuna çatdırmalıdır və hətta həll etməyə cəhd etməlidir, ya da onlara təslim olmalı və Terri ruhunda cəfəngiyyata yuvarlanmalıdır.

     İstənilən halda, onun əsas vəzifəsi – bu  problemləri ictimai varlıqdan ayırmaq və onlara diqqət yetirməkdir.

     Tarixən elə gətirib ki, əksər ədəbi antiutopiyalar, tənqidçilərin fikrincə, öz bünövrələrində Sovet İttifaqına aiddirlər, onun prizmasından gözdən keçirilirlər. Və burada məsələ ideologiyada deyil, ayrı-ayrı tənqidçilərin və ya həmdərd olanların şəxsiyyətində deyil. Məsələ ondadır ki, sovet gerçəkliyi bəşəriyyət qarşısında böyük miqdarda məsələlər qoymuşdu, hansıların ki, quruluşu və həll edilməsi filosofların, kibernetiklərin, siyasi iqtisadçıların, bir sözlə, elm üzrə nəzəriyyəçilərin çiyinləri üzərinə düşmüşdü. Amma bu, yazıçı və kinematoqrafçılar üçün də daha kiçik ölçülü vəzifə olmadı. Burada işin bütün mahiyyəti – təzənin və köhnənin, gələcəyə can atmanın və keçmişin qalıqlarının ziddiyyətindədir, insanın onu buxovlayan qandallardan azad olunmasındadır.
 


Qəribə yeni dünya    

     Əlbəttə ki, Corc Oruell antiutopiya janrına müraciət edən birinci müəllif deyildi. Çox güman ki, bu sahədə ilkə imza atan kimi acıdil Conatan Sviftin adını çəkmək olar (hərçənd antiutopiyanın hansısa elementlərini antik müəlliflərdə də tapmaq olar). "Antiutopist" sözünü ilk dəfə 1868-ci ildə Con Stüart Mill işlətmişdi. "Antiutopiya" termini ədəbiyyat janrının əlaməti kimi demək olar ki, bir əsr sonra - 1952-ci ildə Qlenn Neqli və Maks Patrik "Utopiya axtarışlarında" adlı antologiyanı dərc etdirdikləri vaxt meydana gəldi.

     Yeri gəlmişkən, "antiutopiyalar var, amma söz yoxdur" vəziyyəti müəlliflərə qətiyyən mane olmurdu. XIX əsrin sonları – XX birinci yarısında antiutopiyalar güc toplamağa başladılar. Jül Vern, Cek London, Cerom K. Cerom, Valeri Bryusov kimi məşhur müəlliflər də onlardan yan keçmədilər.

     Birinci dünya müharibəsindən sonra antiutopiyaların sayı kəskin artdı - bu da aydındır. Təsəvvür etmək olar ki, dünyada qəfildən kütləvi qırğın silahı əvvəllər görünməmiş effektivliklə mümkün olanda, o necə dəyişir!

Е.Zamyatin, О.Xaksli, C.Oruell

     Zamyatinin 1920-ci ilə aid olan "Biz"romanı başlıca antiutopiya sayılır, xronoloji olaraq isə, hər halda o birinci deyil. Məsələn, Herbert Uellsin "Yatanın oyanan zaman" romanını da sadəcə elmi-fantastik romana deyil, tam olaraq antiutopiya romanına aid etmək olar. Onun birinci redaksiyası artıq 1899-cu ildə çıxmışdı. Qalan antiutopiyalar – Corc Oruellln "1984", Rey Bredberinin "Farengeyt üzrə 451 dərəcə" əsərləri artıq müharibədən sonrakı dövrdə yazılmışdı.

     Məhz Yevgeni Zamyatinin (1884 – 1937) "Biz" kitabının təəssüratı altında Corc Oruell "1984" romanını yazdı. Yeri gəlmişkən, o, "Biz" romanına da resenziya yazmışdı, onun fikrincə, bu roman bütün ədəbi dünyanın ən məşhur antiutopiyasıdır.

     Antiutopiya üçün tipik roman süjeti. "...Böyük, tarixi saat yaxındır, nə zaman ki, birinci İNTEQRAL dünnya fəzasında yuxarı qalxacaq".

     "ХХVI yüzillikdə başında Xeyriyyəçinin dayandığı Vahid Dövlətin sakinləri      yalnız nömrələrinə görə fərqlənirlər. Fərdiyyəti tam itirmiş nömrəli kütlə hər il öz Xeyriyyəçisini yenidən seçir. Təbii ki, yekdilliklə seçir. Dövlətin təməlində azadlığın və xoşbəxtliyin bir araya sığmadığı haqqında baş prinsip dayanır. Uzaq  gələcəkdə (təxminən XXXII əsrdə) cəmiyyət yaradılıb, harada ki, insanlar hətta öz adlarını itiriblər, çünki onlar "nömrələrlə" - hərf və rəqəmlərin birləşməsilə əvəzlənib: I-330, O-90, D-503; insanların özləri də "nömrələrlə" adlandırılıblar (doğru deyilmi, bu, hakimiyyətin hamını "nömrələmək" cəhdini necə də xatırladır; elə bizim hamımız heç olmasa pasport, bank kartları və sosial sığorta nömrələrilə nömrələnmişik). "Nömrələrin" bütün həyatı son dərəcə tənzimlənmişdir, hamı göz qabağında, şəffaf evlərdə yaşayır, hər şey hesablanıb və riyazi cəhətdən aydındır: icazə verilib yaxud qadağan olunub. Amma ən möhkəm Divarın istənilən çatını nə vaxtsa irrasional, nizamsız və canlandırıcı azadlıq yarıb keçir. Lakin uzun müddətəmi, əgər olduqca çoxlarının Divara tələbatı çox böyükdürsə?"

     Dünyada baş verən hər şey o dövrün insanlarının psixikasında iz qoymaya bilməzdi. Baş verənləri dərk etmək – və ağlını itirməmək lazım idi. Bu suallara cavab tapmaq  həyati zəruri oldu: "Biz kimik?", "Biz – ağıllı, mədəni insanlar – özümüzlə və başqaları ilə nə yarada bilərik?", "Əgər indi bunlar baş verirsə, gələcəkdə bizi nə gözləyir?"

     Antiutopiyalar proqnozlaşdırma cəhdləridirmi? Qismən, əlbəttə ki, bəli, amma ilk növbədə bu – insanlar və dünya haqqında informasiyanın emalıdır, hansına ki, cəmiyyət psixoloji olaraq hazır deyildi. Və yazıçılar bu çağırışı qəbul etdilər.

     İyirminci və otuzuncularda bir çox insanlar (və ilk sıralarda – antiutopiya müəllifləri) başa düşür və hiss edirdilər ki, bəşəriyyət uçuruma yuvarlanır. Bütün səviyyələrdə və bütün imkanlarından istifadə etməklə onlar xəbərdarlıq edirdilər ki, istibdad necə təhlükəlidir, baza azadlıqlarının ayrı-seçkiliyi və məhdudlaşdırılması yolverilməzdir, hökumətlərə və təbliğata düşünmədən inanmaq olmaz... Bu, kömək etmədi. Heç kömək etmədi. Təəssüf ki, xəbərdarlıqlar heç vaxt kömək etmirlər.

     İkinci dünya müharibəsi başladı. Və bəlli oldu: keçmişdə olan hər şey - heç çiçəklər də deyildi, eləcə qönçəciklər idi. Orada miskin pulemyot (neçə nəfəri öldürəcək? Yüz? İki yüz?) sənaye miqyasında insanların məhv edilməsi və utilizasiyası texnologiyası qarşısında nə idi ki! Təkcə Osvensim həbs düşərgəsində – "50°02'09 şimal eni, 19°10'42 şərq uzunluğu", xəritədə xırdaca bir nöqtə! – təxminən 1 300 000 nəfər öldürülüb. Axı onlar nə qədər idi: Buxenvald, Daxau, Treblinka, Mauthauzen, Altenqrabov...

     Hədsiz dərəcədə ağır altı ildən sonra müharibə ilə bacara bildik – buna görə çox böyük sayda qurbanlar verdik, amma bacardıq. Ancaq ağılsızlıq dünyasına yol açmış dəhşətin (hansından ki, böyük ölçüdə, heç kim sığortalanmayıb) – nə zaman ki, hələ dünən normal, düşüncəli, heç kimə pislik arzulamayan insanlar ya soyuqqanlı cəllad olurlar, ya da başqalarının məhv edilməsinə laqeydliklə baxan olurlar (kuklamı? robotmu?) – bunun öhdəsindən gəlmək hələ qarşıda idi.

     Necə? Müxtəlif cür. Amma həmişə – gözlərini çəkmədən ki, insanların nəyi var və nə yara kimi özünə yol aça bilər. Növbəti dəfə harada büdrəyəcəyik? Orada, gələcəkdə biz nəyə dəyib əzilə, zədələnə bilərik?

     Osvensimdən sonra antiutopiyalar necədirlər? Bu romanlarda nə sapdırılır? Bu romanları kim yazır?

     Belə yazıçılardan biri Corc Oruell idi. Şikəst edən və öldürən totalitar cəmiyyət mövzusu Oruell tərəfindən əvvəllər də qaldırılmışdı. 1945-ci ildə onun "Heyvanıstan" adlı nağıl-antiutopiyası nəşr edilmişdi. Orada heyvanlar özlərinin qəddar sahibləri cənab Consu qovmaqla nəticədə donuz Napoleonun hədsiz diktaturasına gəlib çıxırlar. Oradan olan "Bütün heyvanlar bərabərdir, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdir" frazası qanadlı oldu və öz aktuallığını bu gün də əsla itirməyib.

Antiutopiya "1984" – Liberal Demokratik kapitalizmə qarşı

     Bütün antiutopiya incəsənətinin xrestomatik antiutopiyası, təməl daşı Oruellin "1984" romanıdır. Bu əsərin qiymətləndirilməsi son vaxtlar radikal surətdə dəyişmişdir. Onun dərc edildiyi ilk illərdən fərqli olaraq, indi bu kitab barədə çox az adam "antisovet" və "antikommunist" əsər kimi danışır. Hərçənd hətta onda da, qeyd etmək lazımdır ki, Oruellə yönələn tənqidin ucu dövlət sosializmi təzahürlərinin əksinə yönəlmişdi, hansında ki, şəxsi maraq coşqunluğu simasız mexaniki "kollektivliyə" axır və mahiyyət etibarilə əvvəlki ictimai quruluşun məntiqi davamı olur. Eyni zamanda, müasir ictimai və siyasi prosesləri müşahidə edərək qeyd etmək olar ki, Oruell nəinki antisosialist kitab yazmamışdı (o, əslində antisosialist kitab yazmamışdı, sonrakı təfsirçilərin qurbanı olmuşdu), əksinə, müstəsna dərəcədə dəqiq və dürüst şəkildə liberal demokratik kapitalist cəmiyyətinə xas olan tendensiyaları təsvir etmişdi. Daha tez-tez təsdiqlənir ki, məhz bu günkü kapitalist "cənnətində" internet senzurası, həmin internet və videomüşahidə kameralarının köməyilə insanların total şəkildə izlənilməsi, kredit kartlarının izlənilməsi, informasiya müharibələri və ikifikirlilik tələb olunur. İş axı nədədir? Burada kiçik haşiyə çıxmaq lazımdır. Tarixi proses inkişaf etdikcə cəmiyyətin sonrakı formalarında keçmişin qalıqları, ayrı-ayrı təzahürlər, və hətta köhnə ictimai quruluşların "parçaları" istər-istəməz saxlanılır. Eyni ölçüdə bu, feodalizmə də, kapitalizmə də, sosializmə də aiddir ( sosializmə daha çox aiddir, çünki o istənilən halda keçid forması kimi çıxış edir). Cəmiyyətdə keçmişin qalıqları ilə gələcəyin cücərtiləri arasında fasiləsiz mübarizə baş verir. Evald İlyenkov "Marks və qərb dünyası" (1966, https://rabkrin.org/ilenkov-e-v-marks-i-zapadnyiy-mir-statya / ) əsərində yazır ki, antiutopiyaların əsasında duran mənfi hallar o cəmiyyətə xas deyil ki, hansının fonunda müəllif öz təhkiyəsini açır. Antiutopiya böyüdücü güzgü kimi çıxış edir, hansında ki, şəxsi mülkiyyət aləminin məntiqi sonluğa çatdırılmış şəxsi problemləri əks olunurlar. Ona görə də bu cür tənqid "dolaşıq" özünütənqid olur. O ədalətlidir, belə ki, onun obyekti proqressiv cəmiyyətin öhdəsindən hələ gəlmədiyi, keçmişdən miras qalmış tendensiya və fenomenlərdir. Biz görürük ki, onlar "uğurla" və gözlərimiz önündə inkişaf edirlər. Əgər tam nəzarəti həyata keçirən totalitar dövlət haqqında danışsaq, onda haqlı olaraq qeyd etməliyik ki, məhz şəxsi mülkiyyət aləmində rəqabət aparan maraqların anarxiyasına zidd olaraq, "özəl təşəbbüsün" mərkəzdənqaçan tendesiyalarının əksinə olan qüvvə kimi hipertrofiyaya tutulmuş dövlət mütləq qaydada layihələşir.

     "Qərb tənqidi" isə indi yüz faiz Qərbin şəxsi tendensiiyalarına yönəldilmiş özünütənqid kimi görünür, bu tendensiyalar soyuqluğun, "dehumanistləşmənin" və buna bənzər fenomenlərin  gücləndirilməsinə və genişləndirilməsinə aparırlar.

     Amma biz "1984" antiutopiyasına qayıdaq.

Yazıçı oxucularına nəyi çatdırmaq istəyirdi?  

     Corc Oruellin "1984” antiutopiyasında biz gördük ki, onun əsas əleyhdarı totalitarizm idi. O, totalitarizmdə azadlıq və demokratiyaya, ali insani dəyərlərə təhdid görürdü. O sona qədər özünü demokratik sosializmin tərəfdarı hesab edirdi, hansını ki, o, azadlıq, sosial ədalət və insana ehtiram sistemi kimi anlayırdı. Oruell özünə çox yaxın olan fikri təkrar etməkdən yorulmurdu: demokratiya xalqın maarifləndirilməsi olmadan, xalqın maarifləndirilməsi isə demokratiya olmadan mümkün deyil. İngilis yazıçısı bu romanda gələcəyin dünya ictimaiyyətini – Okeaniyanı – insanın mənəvi və fiziki cəhətdən əsarətə alınmasına əsaslanan totalitar iyerarxik quruluş kimi təsvir etmişdi. Təsvir  edilmiş sosiumun nümayəndələri qorrxu və nifrət içində yaşayırlar, özlərini qorumaq üçün yoldaş və ya valideynlərini satmağa hazırdırlar. İnsanlar yaşamırlar, Böyük Qardaşın (big brother) sayıq müşahidəsi və nəzarəti altında mövcuddurlar. Corc Oruell romanda elə bir sistemi təsvir edir ki, onun məntiqinə görə şəxsiyyəti heç nəyə çevirmək, tozlandırmaq lazımdır. Buna görə insanı hərtərəfli boğmağın güclü dövlət aparatı mövcuddur, hansı ki, həqiqət (minitrue), sülh(minipax), məhəbbət (miniluv) və bolluq (miniplenty) nazirliklərindən ibarətdir; fəaliyyətdə olan dil vahidlərini dağıdan yenidillə birgə düşüncə polisindən ibarətdir ki, hətta düşüncəni də qeyri-mümkün etsin; teleekranlardan ibarətdir, hansılardan ki, gizlənmək, üz cizgilərindəki ən kiçik dəyişikliyi belə gizlətmək qeyri-mümkündür; nifrət həftələrindən ibarətdir, onlar böyük qardaşa sevgi bəsləmək və Emmanuel Qoldsteyn kimi sistemin düşmənlərinə nifrət aşılamaq üçün tələb olunurlar; hamı üçün mütləq olan çevik, hərəkətli keçmişin doktrinasından ibarətdir, bu doktrinaya görə, yaddaş həqiqətə sadiq olduqda cinayətkardır, keçmiş isə onun hazırda təqdim olunanı istisna olmaqla, mövcud deyil (müasir nümunə –antisovetləşmə və tarixin bu ruhda yenidən yazılmasıdır) (Yenidil – Corc Oruellin "1984" roman-antiutopiyasından qondarma dildir).

     Ümumiyyətlə, demək lazımdır ki, xarici ədəbiyyat tarixində demək olar elə romanlar yoxdur ki, onların obraz sırası tamaşaçı kütləsinə Corc Oruellin "1984" əsərindəki lövhəciklər kimi güclü təsir etsin. Böyük qardaş sənə baxır, düşüncələr Polisi, cinsi cinayət, otaq 101, düşüncə cinayəti (thoughtcrime) - bu ədəbi obrazlar hətta romanı oxumayanlara və onun ekranlaşdırılmasını görməyənlərə də məlumdur. Okeaniyanı idarə edən dövlət ideologiyasının adını məhz bu kontekstdə başa düşmək lazımdır: ingsoc. Oruell bununla heç də demək istəmirdi ki, ingilis sosializmi qaçılmaz şəkildə zülmə gətirəcək, o göstərirdi ki, heç bir ölkə, hətta İngiltərə də belə nəticədən müdafiə olunmamışdır. Oruellin özü ölümündən az əvvəl yazırdı: "Mənim romanım sosializmə və ya britaniya leyborist partiyasına qarşı yönəlməyib (mən ona səs verirəm), amma mərkəzləşdirilmiş iqtisadiyyatın mübtəla olduğu təhriflərinə qarşı yönəlib, hansılar ki, kommunizmdə və faşizmdə qismən reallaşdırılıblar. Mən əmin deyiləm ki, bu cür cəmiyyət hökmən peyda olmalıdır, lakin mən əminəm ki (əlbəttə, nəzərə almaqla ki, mənim kitabım - satıradır), buna bənzər nə isə ola bilər. Mən həm də əminəm ki, totalitar ideya intellektualların şüurunda hər yerdə yaşayır və mən çalışdım ki, bu ideyanı məntiqi sonluğuna qədər izləyim. Kitabdakı əhvalatı mən İngiltərəyə yerləşdirmişəm ki, ingilisdilli millətlərin digərlərindən heç də yaxşı olmadığını, totalitarizmlə mübarizə aparılmayacağı təqdirdə onun hər yerdə qalib gələcəyini vurğulayım".

     1984 əsərində hökmranlıq edən düşüncə tərzini təsvir edərkən müasir lüğət ehtiyatına düşən sözü tapdı – bir-birini inkar edən iki şeyə ürəkdən inanmaq qabiliyyəti kimi ikifikirlilik (doublethink), ya da ideoloji zərurət yarandıqda öz rəyini əks fikirlə dəyişmək. İkifikirlilik ideyasını romanda olan aşağıdakı şüarlarla izah etmək olar: 

Müharibə – sülhdür;
Azadlıq – köləlikdir; 
Bilməməzlik – qüvvədir.

     Oruell diskussiyasında daha bir nöqtə ikifikirliliklə sıx surətdə, məhz onunla bağlıdır ki, insan şüuru ilə uğurla manipulyasiya etdikdə o, düşündüyünün əksinə danışmır, amma həqiqətin əksinə düşünür. Beləliklə, məsələn, əgər insan tam olaraq müstəqilliyini, vicdanını itiribsə, əgər o özünü əşya kimi, dövlətin, partiyanın və ya korporasiyanın bir hissəsi kimi hiss edirsə, onda iki dəfə iki – beş edir, yaxud da Köləlik - azadlıqdır və o özünü haqlı sayır, onda insan həqiqət və yalan arasında fərqi daha dərk etmir. Beləliklə, Corc Oruellin 1984 antiutopiyası sayəsində biz robotlar cəmiyyətinin əmələ gələcəyi barədə güclü xəbərdarlıq aldıq, bu robotlar fərdiyyətin, məhəbbətin, tənqidi təfəkkürün son izlərini itiriblər və hətta ikifikirlilik səbəbindən bunu başa düşmürlər. Əgər oxucu özündən razı halda "1984" əsərini "Stalin vəhşiliyinin" növbəti təsviri kimi (liberal tənqidçilərin etdiyi kimi) başa düşsəydi və bunun bütün insanlara aid olduğunu sezməsəydi, bu çox uğursuz alınardı.  
 


Corc Oruell və Yevgeni Zamyatin

     "1984" əsərində təsvir olunan cəmiyyət, Oruellin tədqiqatçılarının yazdıqlarına görə, o, öz ətrafında bunlara nifrət edirdi və dözə bilmirdi: ingilis şəhərətrafı qəsəbəsinin yeknəsəqlik və üzüntüsü, hansının ki, "çirkli, hisə verilmiş və üfunətli" eybəcərliyini Oruell özünün naturalist, yeknəsək, darıxdırıcı tərzində vermişdi; müharibə dövründə Oruellin İngiltərədə müşahidə etdiyi ərzağın normalaşdırılması və hökumətin nəzarəti; "yararsız qəzetlər, hansılarda ki, idmandan, kriminaldan və astrologiyadan başqa demək olar ki, heç nə yoxdur, sekslə hopdurulmuş beş sentlik bulvar hekayələri, filmlər" və s. Oruell yaxşı bilirdi ki, Stalin Rusiyasında belə qəzetlər yoxdur və Stalin mətbuatının çatışmazlıqları tamamilə başqa növdür. "Yenidil" – ingilis-amerikalı jurnalistlərin "teleqraf" dilinə nisbətən Stalin ştamplarına daha az parodiyadır, Oruell bu "teleqraf" dilinə dözə bilmirdi və işləyən jurnalist kimi onunla yaxından tanış idi.
     
Elə görünür ki, bununla hər şey deyilmişdir - Oruell sadəcə Zamyatinin yazdığını başqa mentalitetə bir az adaptasiya etməklə onu köçürmüşdür. Amma yenə də nə isə var ki, onu Zamyatinin "Biz" əsərindən fərqləndirir. Ancaq Oruellin bədii kəşfi başqa şeydən ibarətdir. O hesab edirdi ki, birincisi, idarəetmə haqqında elm yaranıb, ikincisi, dünyada nüvə silahı peyda olub, hansı ki, onun sahiblərinə bütün dünyaya nəzarət etmək imkanı verəcək. Bu amillər sayəsində hakimiyyətin dövranı qurtarmalıdır. O hesab edirdi ki, elə ortalar tapılacaq ki, bunu anlamaq üçün kifayət qədər ağıllı olacaqlar -  hakimiyyəti gecə-gündüz, sayıqlıqla qorumaq lazımdır. Və hakimiyyəti bir nəfərə vermək lazım deyil, kollektivlə idarə etmək lazımdır. Bir nəfəri simvol etmək lazımdır ki, o, hamı üçün Böyük Qardaş kimi tanınsın, əslində isə – kollektiv, mafiya, banda, güruh olmalıdır. O, idarə etməlidir, həm də onun daxilində bir növ altruizm istehsal olunur, yəni ki, onların qrup maraqları şəxsi maraqlardan üstündür, onlar nəinki bir-birini, həm də özlərini qurban verməyə qadirdirlər. Onlar bu oyunu hakimiyyəti əldə saxlamaq naminə qəbul edirlər, həm də onlar öz səhvlərini təshih etməyə, düzəltməyə qadirdirlər. Və yeni ali olan bu ortalar başa düşürlər ki,əsas düşüncəni, yaddaşı, nitqi idarə etməkdir. "Burada Oruellin siyasi nəzəriyyəsini qeyd etmək lazımdır. O deyir ki, tarix hakimiyyət uğrunda mübarizə kimi inkişaf edib. Həm də hakimiyyət uğrunda həmişə orta təbəqələr mübarizə aparırlar, belə ki, aşağı təbəqələr – həmin insanlardır ki, ailəni qidalandırmaq qayğıları onlara kifayət edir. Daha onları heç nə narahat etmir və maraqlandırmır, hakimiyyət onlara lazım deyil. 

Alilər də hakimiyyət uğrunda mübarizə aparmırlar, çünki onlar hakimiyyətə malikdirlər və özlərinə güvənərək hesab edirlər ki, həmişə belə olacaq. Orta sinif isə hakimiyyət istəyir, amma anlayır ki, onu götürə bilməyəcək, çünki kəmiyyətcə zəifdir. Əgər aşağılar onlara qalib gəlməkdə kömək etsələr, ortalara aşağılara bütün nemətləri vəd etmək qalır. Aşağılar həvəslə kömək edirlər, aliləri hakimiyyətdən atırlar, ortalar ali olandan sonra isə daha az qəddarlıqla idarə etmirlər. Sonra hər şey yenidən təkrarlanır. Və həmişə belə olub". Tarixi ləğv etmək lazımdır ki, insan dünən necə olduğunu xatırlamasın, gələcək barədə arzulamağı ona qadağan etmək, uşaqları onun əlindən almaq lazımdır. Oruellin kəşfinin unikallığı bundadır. "1984" romanında yazıçı öz üzərində qəddar eksperiment aparır. O, özünə çox yaxın olan, hansısa detalları ilə özünə bənzəyən, siqaretlə yöndəmsiz davranışına qədər və hətta siçovullardan qorxmasına qədər (Oruellin rus tədqiqatçısı Viktoriya Çalikova qeyd edir ki, yazıçı siçovullara nifrət edirdi) özünə oxşayan qəhrəman götürür, bununla bərabər bu insan inadcıldır, əl işləri, fiziki işlər görməyə iradəli təşəbbüs göstərir, şiddətli öskürəyi var – və bu insan üzərində özünün qəddar eksperimentini aparır. O, təbiətən böyük şəxsi ləyaqət hissinə, azadlıq və müstəqillik arzusuna, heç nəyin üstündən qələm çəkə bilməyən güclü yaddaşa malik olan qəhrəmanını azadlığın olmadığı və tarixin ləğv edildiyi dünyaya yerləşdirir, həmin tarix ona görə ləğv edilib ki, o, hər gün yenidən yazılır və hər bir insan oyanışdan yatana qədər hər şeyi görən gözün nəzarəti altında yerləşir. Yazıçı və elə oxucu da soruşur – ona nə olacaq? Bu şəraitdə o, insan ləyaqətini, yaddaşını, mənəviyyatını, sevmək qabiliyyətini qoruyub saxlamağa qadirdirmi? Yazıçı bir cavab bilir və o, tamamilə məntiqli görünür. Şəxsiyyət hər şeydən üstündür,onun mənəvi aləmi – ali dəyərdir və xarici olan hər şey geri çəkilməlidir. Amma Oruell öz romanında göstərdi və sübut etdi ki, heç də həmişə belə olmur. Azad, müstəqil şəxsiyyət – axı bu çox şərti anlayışdır. Əgər insan bərk döyülürsə və incidilirsə, uzun müddət və inadla ələ salınırsa, o, sümük və dəri qalağına çevrilir, hansı ki, yalnız bir şeyə görə - fiziki ağrının dayandırılmasına görə dua edir. Və ağrının kəsilməsi üçün belə individ həqiqətən də hər şeyə qadirdir. Nəinki bir çox tanışlarına böhtan atmağa və onları ölümə və işgəncəyə göndərməyə, həm də sevimli varlığını satmağa qadirdir. Və Oruell üçün – bu kəşfdir, hansı ki, romanın finalında qüvvətlə səslənir. 

Dünyanın içində yaşadığı sistemin qəddarlığı ondann ibarətdir ki, mahiyyət etibarilə insana qarşı qeyri-insani tələblər irəli sürülür. Onun İnsan olmasına hər vəchlə maneələr yaradılır. Onu heyvan vəziyyətində saxlayırlar, çünki o, fiziki işgəncələrdən öz "məhəbbətini" əldən verir, hansı ki, belə çıxır ki, heç məhəbbət də deyil, çünki Məhəbbət həqiqətən də bağlılıqlardan azad edir, o, istənilən əzablardan daha uca və güclüdür. Tədqiqatçı Viktoriya Çalikova qeyd edir ki, Oruell hesab edirdi ki, üzərində nəzarət olan cəmiyyət mütləq kasıb olmalıdır. O, yarıac-yarıtox yaşayacaq, daim xarici düşməndən qorxacaq. Burada Oruell həqiqətən də ondan əvvəl antiutopiyanın cızdığı dairənin hüdudlarından kənara çıxıb. Doğrudan da, Zamyatini xatırlayarkən, hansından ki, Oruell öyrənirdi, başa düşürsən ki, o, dünyanın şəklini elə çəkib ki, orada hər şey həqiqətən gözəldir, yalnız bir istisna var – orada unikal şəxsiyyət yoxdur. Hamı eyni cür yaşayır. Amma qalan hər şey gözəldir: insanlar toxdur, geyimlidir, müharibələr, yoxsulluq, dərd, əxlaqsızlıq yoxdur. Belə bir çiçəklənən dünya alınır, amma, doğrudur, elə görünür ki, bu dünya çox darıxdırıcı və duzsuzdur. Oruelli oxuyarkən isə başa düşürsən ki, o, işlərin belə durumunu qeyri-real hesab edirdi. Hesab edirdi ki, insanlar maddi cəhətdən yaxşı yaşasalar, o halda onlar total idarəetməyə çox dözməyəcəklər. Onlar  hakimiyyət atacaqlar. İnsanın hakimiyyətin yüyənini atmaması üçün o, yarıac, alçaldılmış və pis geyinmiş olmalıdır. Və burada tənqidçilərin sözlərini göstərmək olar, onlar deyirlər ki, bizi həqiqətən də ümuumdünya Çernobılı və ya ümumdünya QİÇS-i gözləyirsə, onda Xaksli və ya Zamyatinin təsvir etdiyi dünya daha yaxşıdır. Bu, ən pis dünya deyil. Ancaq Öruellin dünyasında heç vaxt, heç bir şəraitdə heç kim yaşamaq istəməyəcək.

     Beləliklə, aydın olur ki, Oruellin və Zamyatinin bütün oxşarlıqlarına baxmayaraq, onların əsas təfavütü ondan ibarətdir ki, Zamyatin boz və mənəvi cəhətdən primitiv, amma hər halda həyat üçün yararlı dünya yaratmışdı, Oruellin dünyası isə dəhşətli qorxu doğurur. Elə görünür ki, bu, baş qəhrəmanlara müxtəlif münasibət formalaşdırır – "1984-ün" qəhrəmanının emosional diapazonu daha böyükdür, hansı ki, romanın sonuna doğru daha güclü təzahür edir və nə zaman ki, o, hər halda öz "məhəbbətini" satır. Amma Zamyatinin qəhrəmanı seriya nömrəsi olan hansısa bir standart modelə bənzəyir və onun sonuncu fikri – "ağıl qalib gəlməlidir" fikridir və elə gəlir ki, indi o, öz aləmində gözəl yaşayacaq.

     Həm"1984", həm də "Biz" çox ağır iztirablı təsir bağışlayır. Amma baxmayaraq ki, bu əsərlər artıq ötən əsrdə yazılıb, onlar indi də çox maraqlı və aktualdır və bizim fikrimizcə, bu romanların hər ikisini hər kəs oxumalıdır.

     Xakslinin özünün "Qəribə yeni dünyaya qayıdış" əsərində qeyd etdiyi kimi, (1932) bütün vətəndaş hüquqları uğrunda mübarizə aparanlar və rasionalistlər istibdada müqavimət göstərmək üçün çağırış edirdilər. Müasir dünyadakı şəraiti təhlil edərkən başa düşürsən ki, nə üçün XXI əsrdə də köləlik onun istənilən formasında hələ də aradan qaldırılmayıb. Qəribədir ki, realllıq, antiutopiya müəlliflərinin gördüklərindən xeyli primitiv oldu.Hər hansı psixoloji həssas itaət sistemi nəyə lazımdır? Əymək, döymək, tikinti və plantasiyalarda işləməyə məcbur etmək və ya qorxutmaq, sənədlərdən məhrum etmək, fahişəlik etməyə məcbur etmək – heç kimə lazım olmayan yüz minlərlə insanın həyatını şikəst edən bütün ssenari bundan ibarətdir.

     Əvəzində ciddi təhlükə gözlənilməyən yerdən peyda oldu. Antiutopiyada haqqında xəbərdarlıq edilən potensial bəlaların heç birində öz mərasim və ehkamları ilə boğucu olan tarixən yaranmış məzhəblərə fanatik bağlılığın və hətta mübtəlalığın adı çəkilmirdi. Oruell qorxurdu ki, kitabları qadağan etsinlər, eyni zamanda Xaksli qorxurdu ki, kitabları qadağan etməyə lüzum olmasın, belə ki, onları oxumaq istəyən heç kim olmayacaq. Oruell qorxurdu ki, həqiqəti bizdən gizlədəcəklər, Xaksli qorxurdu ki, həqiqət, faydasız informasiya küyü dənizində batacaq... Qısa desək: Oruell qorxurdu ki, nifrət etdiklərimiz bizi məhv edəcək, Xaksli qorxurdu ki, sevdiklərimiz bizi məhv edəcək, "nəzərə almadılar ki, insan əyləncəyə demək olar ki, hüdudsuz şəkildə meyl edir". İndividin Allahla bilavasitə ikitərəfli əlaqəsi kimi hər kəsin həqiqi dini hissi vicdan vasitəsilə həyata keçirilir. Reallıqda isə lütfən: həm sərt teokratik dövlətlər, həm çoxsaylı qurbanları olan intihar teraktları, həm gizli dini səbəbli müharibələr, elmdən cahil mövhumata doğru könüllü dönüş... Bəli, əlli-yüz il əvvəl bu, təsəvvürə az gəlirdi və gələcəklə sanki tamamilə uyuşmaz idi. Yeni antiutopiya yazmaq olar: o barədə ki, AES əməkdaşlarından bilik əvəzinə qismən dualar bilgisini tələb edirlər. Və ya o barədə ki, epidemiyadan vasitə kimi xaç yürüşü elan olunub.

     Bu çox dəhşətli bir kitab ola bilər. O barədə ki, bilavasitə vicdanlı şəkildə Allahla canlı inamla əlaqəsi olmayan min ildən qalma  üfunətli ehkamların vaizlərinin xeyrinə olaraq, tənbəllik və laqeydlikdən elm və təhsil necə dağılırlar. O barədə ki, bəşəriyyət üçün kosmosa gedən yol necə bağladılır, astronomiya isə təhlükəli küfr elan olunur və hansısa kilsənin qərarına əsasən təqib olunur. O barədə ki, incəsənət necə axtalanır. Qadınların əlbəttə ki, mənəviyyatının və ismətinin qayğısına qalmaq bəhanəsilə onları patriarxal ailələrin və monastırların öz şəxsi həyatları üzərində hakimiyyəti olmayan əsirləri edirlər. O barədə ki, bir-birinin ardınca sivilizasiyanın nailiyyətləri necə itirilir. Öz qəddarlıqlarına görə misilsiz və qanqaraldıcı şəkildə mənasız olan dini müharibələr planeti hissələrə parçalayırlar. Və bir ovuc adam – bu ağılsızlıqdan heyrətə düşməyənlər, aydın düşüncələrini və dünyanın duyğusal-intuitiv əsasda qavrayışını itirməyənlər – heç olmasa kimisə, nəyisə xilas etməyə çalışır. 

Corc Oruellin peyğəmbər iqtibasları

     Oruellin məşhur "Heyvanıstan" və "1984" antiutopiyaları XX əsrin ortalarında yazılmışdır, baxmayaraq ki, fastastın totalitar rejim haqqında bəzi öncəgörmələri gerçəkləşmədi, məhz bizim günlərdə onlar yeni, bir qədər məşum səslənmə qazanırlar. 

     Bütün heyvanlar bərabərdir. Lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdir.

     Azadlıq – iki dəfə iki – dörddür demək imkanıdır. Əgər buna izin verilibsə,, qalan hər şey buradan irəli gəlir.

     Kim keçmişi idarə edirsə, o gələcəyi idarə edir; kim indiki zamanı idarə edirsı, o keçmişi idarə edir.

     Əgər xırda qaydalara riayət edirsənsə, böyük qaydaları pozmaq olar.

     Əgər sizə gələcəyin obrazı lazımdırsa, insan üzünü əbədi tapdalayan çəkmə təsəvvür edin. 

     Kütlələr hansı baxışların tərəfdarıdırlar və hansıların tərəfdarı deyillər – fərq etmir.

     Onlara intellektual azadlıq vermək lazımdır, çünki onların intellekti yoxdur.

     İstənilən cəmiyyətdə sadə insanlar mövcud nizamın əksinə yaşamalıdırlar.

     Ən yaxşı kitablar sənə artıq bildiklərini söyləyirlər.

     Kütlələr heç vaxt özbaşına üsyan etmirlər və heç vaxt onlara zülm edildiyinə görə üsyan etmirlər. Üstəlik, kütlələrə müqayisə etmək üçün imkan verilməyənə qədər onlara zülm edildiyini deyəsən, anlamırlar.

     Bir çox insanlar qürbətdə yerli sakinlərə nifrət etməklə özlərini azad hiss edirlər.

     Elə hallar olur ki, "yanlış" əqidələr "düzgün" əqidələrdən daha səmimi olurlar.
Bizim cəmiyyətdə baş verənlər haqqında hamıdan yaxşı məlumatlı olanlar dünyanı olduğu kimi görməyə hamıdan az qadirdirlər. Ümumiyyətlə, anlayış nə qədər çoxdursa, xülyalar da daha güclüdür: nə qədər daha ağıllı, bir o qədər daha ağılsız.

     Ümumi yalan dövründə doğru danışmaq – ekstremizmdir.

     Tamamilə ağ, eləcə də tamamilə qara sanki hansısa görmə qüsurudur.

     Kəllədə bir neçə kub santimetr həcmdə olandan başqa heç nə sənin deyil.

     İyerarxik cəmiyyət yalnız yoxsulluq və cahillik əsasında mümkündür.

     Öz burnun qarşısında baş verənləri görə bilmək üçün var qüvvənlə mübarizə aparmalısan. 

     Dünyada heç vaxt istəməzsən ki, ağrı güclənsin. Ağrıdan yalnız bir şey istəyirsən – o bitsin. Həyatda fiziki ağrıdan pis heç nə yoxdur.

     Ağrı qarşısında qəhrəmanlar yoxdur.

     Biz, orta sinfin nümayəndələri, düzgün tələffüzdən başqa heç nə itirmirik.

     Müharibə – xalqın həyatını yaxşılaşdıra bilən materialların çilik-çilik sındırılması, stratosferdə tozlandırılması, dəniz girdabında batırılması və bununla da son nəticədə xalqı daha ağıllı etmək üsuludur.

     Vətənpərvərlik öz təbiətinə görə nə hərbi, nə də mədəni cəhətdən aqressiv deyil. Millətçilik isə hakimiyyətə gəlmək cəhdlərindən ayrılmazdır.

     Əgər sən azlıqdasansa – və hətta burada tək qalmısansa – bu o demək deyil ki, sən ağılsızsan.

     İnsanlar yalnız bir şərtlə xoşbəxt ola bilərlər, o halda ki, xoşbəxtliyi həyatlarının məqsədi hesab etməsinlər.   

OXŞAR XƏBƏRLƏR