Dünya 17:04 20.09.2018

"Curiosity" kosmik robotu fəaliyyətini dayandırdı

Marsa göndərilən "Curiosity" kosmik robotu texniki problem səbəbilə yeni informasiya toplamağı dayandırıb.

Qaynarinfo xəbər verir ki, artıq bir neçə gündür informasiya toplaya bilməyən "Curiosity" yaddaşındakı informasiyanı və mövqeyini Yerə ötürə bilir.

Mütəxəssislər hazırda problemin səbəbini öyrənməyə və həll etməyə çalışır. 

Qeyd edək ki, "Curiosity" 2012-ci ildə Marsa göndərilib.

Gülşən