İdman 16:20 17.10.2013

DÇ-2014: birinci səbətdə yer alacaq millilər müəyyənləşdi

Braziliyada təşkil olunacaq dünya çempionatının püşkatmasında birinci səbətdə yer alacaq millilərin adı məlum olub.

Qol.Az-ın məlumatına görə, qaydalara əsasən FİFA sıralamasnda ilk 8-likdə olan yığmalar dünya çempionatına qrup lideri olaraq başlayacaq.

FİFA-nin bu gun təqdim etdiyi yeni cədvələ uyğun olaraq birinci səbətə düşən millilər aşağıdakılar olub: İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, Uruqvay. İsveçrə, Hollandiya

Qeyd edək ki, dünya çempionatının püşkatması dekabrın 6-da Braziliyanın Salvador şəhərində atılacaq.

Qaynar.info