Rusiyada keçirilən dünya çempionatı davam edir.
 
Qaynarinfo xəbər verir ki, bu gün D qrupunda II tura start verilib.

Qrupun bu gün baş tutan oyununda Argentina Xorvatiyanı sınağa çəkib. Turnirin favoritlərindən olan Lionel Messinin komandası xorvatlara böyük hesabla uduzub - 0:3. Xorvatiyanın heyətində Ante Rebiç, Luka Modriç İvan Rakitiç fərqlənib. Beləliklə, İlk turda İslandiya ilə "sülh" bağlayan Argentina 1/8 final şansını çətinə salıb.

Qeyd edək ki, qrupun digər oyunu sabah Nigeriya və İslandiya arasında keçiriləcək.
 
DÇ-2018
D qrupu
II tur

21 iyun
Argentina - Xorvatiya 0:3
Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+2.
Argentina: 23. Villi Kabalyero, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 8. Markos Akunya, 10. Lionel Messi (k), 13. Maksimiliano Meza, 14. Xavier Maskerano, 15. Enzo Perez (21. Paulo Dibala, 68), 17. Nikolas Otamendi, 18. Eduardo Salvio (22. Kristian Pavon, 56), 19. Serxio Aquero (9. Qonzalo Hiquayn, 54).
Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 12. Franko Armani, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fazio, 7. Ever Baneqa, 11. Angel Di Mariya, 16. Markos Roxo, 20. Covanni Lo Selso.
Baş məşqçi: Xorxe Sampaoli.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsaliko, 3. İvan Ştirniç, 4. İvan Perişiç (8. Mateo Kovaçiç, 82), 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mancukiç (5. Vedran Çorluka, 90+3), 18. Ante Rebiç (9. Andrey Kramariç, 57), 21. Domoqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duje Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.
Sarı vərəqələr: Qabriel Merkado, 51. Nikolas Otamendi, 85. Markos Akunya, 88 - Ante Rebiç, 39. Mario Mancukiç, 59. Şime Vrsaliko, 67. Marselo Brozoviç, 90+4.
Baş hakim: Ravşan İrmatov (Özbəkistan).
Nijni Novqorod. Nijni Novqorod stadionu.
 

1

Xorvatiya

2

2

0

0

4:0

6

2

İslandiya

1

0

1

0

1:1

1

3

Argentina

2

0

1

1

1:4

1

4

Nigeriya

1

0

0

1

0:1

0