Foto 18:02 23.06.2018

"DÇ-2018": Belçika möhtəşəm qələbə ilə 1/8 finalda (FOTO/VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün G qrupunda II turun ilk oyunu keçirilib.

İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkib. Oyuna fəal başlayan belçikalılar 6-cı dəqiqədə penalti qazanıb və Eden Hazard hesabı açıb. 16-cı dəqiqədə Romelu Lukaku fərqi artırıb. Tunis 18-ci dəqiqədə Dilan Bronnun qoluna sevinib. Belçikada ilk yarının son saniyələrində Romelu Lukaku dubl edib. 51-ci dəqiqədə Eden Hazard dublunu rəsmiləşdirib. 90-cı dəqiqədə Mişi Batşuayi fərqləib. Son saniyələrdə isə Vaxbi Xazri Tunisin ikinci qolunu vurub.

Qeyd edək ki, G qrupunda turun ikinci göüşü sabah İngiltərə və Panama arasında baş tutacaq.
 
DÇ-2018
G qrupu
II tur

23 iyun
Belçika - Tunis 5:2
Qollar: Eden Hazard, 6-pen; 51. Romelu Lukaku, 16; 45+4. Mişi Batşuayi, 90 - Dilan Bronn, 18. Vaxbi Xazri, 90+3.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bröyne, 9. Romelu Lukaku (8. Maruan Fellaini, 59), 10. Eden Hazard (k) (21. Mişi Batşuayi, 68), 11. Yannik Karrasko, 14. Dris Mertens (17. Turi Tilemans, 86), 15. Tomas Mönye, 20. Dedrik Boyata.
Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 18. Adnan Yanuzay, 23. Leander Dendonker, 3. Tomas Vermalen, 4. Vensan Kompani.
Baş məşqçi: Roberto Martines.
Tunis: 1. Faruk Ben-Mustafa, 2. Siam Ben-Yussef, 4. Yassin Meriya, 7. Saif-Ədin Haui, 8. Fəxrəddin Ben-Yussef (3. Yoan Benaluan, 41), 9. Anis Badri, 10. Vaxbi Xazri (k), 11. Dilan Bronn (21. Həmdi Naqqez, 24), 12. Ali Maalul, 13. Fercani Sassi (23. Naim Sliti, 59), 17. Elye Skiri.
Ehtiyat oyunçular: 22. Mue Assen 16. Aymen Matluti, 5. Ussama Haddadi, 6. Rami Bedui, 14. Məhəmməd Ben-Amor, 15. Əhməd Xəlil, 18. Bassem Srarfi, 19. Saber Xalifa, 20. Qilan Şalali.
Baş məşqçi: Nabil Malul.
Sarı vərəqə: Fercani Sassi, 14.
Baş hakim: Jair Marrufo (ABŞ).
Moskva. "Spartak” stadionu.
 

1

Belçika

2

2

0

0

8:2

6

2

İngiltərə

1

1

0

0

2:1

3

3

Panama

1

0

0

1

0:3

0

4

Tunis

2

0

0

2

3:7

0