Rusiyada keçirilən dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün C qrupunda II turun oyunları keçirilir.

Günün ilk oyununda Danimarka Avstraliyanı sınağa çəkib. İlk turda danimarkalılar Peruya minimal hesabla qalib gəlmiş, (1:0), avstraliyalılar isə Fransaya uduzmuşdu (1:2). Danimarka bu matçda qalib gəlməklə adını 1/8 finala yazdıra bilərdi, amma bu baş verməyib. Hesabı 7-ci dəqiqədə Kristian Eriksen açıb. 38-ci dəqiqədə Mayl Yedinak penaltidən bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb.

Qeyd edək ki, qrupun ikinci matçında Fransa Perunu sınağa çəkəcək. Matç saat 19.00-da başlayacaq.
 
DÇ-2018
C qrupu
II tur

21 iyun
Danimarka - Avstraliya 1:1
Qollar: Kristian Eriksen, 7 - Mayl Yedinak, 38-pen.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k.), 6. Andreas Kristensen, 8. Tomas Deleyni, 9. Nikolay Yorgensen (21. Andreas Kornelius, 68), 10. Kristian Eriksen, 14. Henrik Dalsqor, 17. Yens Srtyuqer-Larsen, 19. Lasse Şone, 20. Yusuf Poulsen (11. Martin Braytvayt, 59), 23. Sisto Pione.
Ehtiyat oyunçular: 16. Yonas Lossl, 22. Frederik Rennov, 2. Mikael Kron Deli, 3. Yannik Vesterqor, 5. Yonas Knudsen, 12. Kasper Dolberq, 13. Mattias Yorgensen, 15. Viktor Fişer, 18. Lukas Loreger.
Baş məşqçi: Oqe Hereyde.
Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 7. Metyu Leki, 10. Robbi Kruz (17. Daniel Arzani, 68), 11. Endryu Nabbut (9. Tomi Yuric, 75), 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coş Risdon, 20. Trent Seynsberi, 23. Tom Rogiç (22. Cekson İrvayn, 82).
Ehtiyat oyunçular: 12. Bred Cons, 18. Denni Vukoviç, 2. Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Metyu Yurman, 8. Massimo Luonqo, 14. Ceymi Maklaren, 21. Dimitri Petratos.
Baş məşqçi: Bert van Marveyk.
Sarı vərəqələr: Yusuf Poulsen, 37. Sisto Pione, 84.
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
Samara. "Kosmos Arena".

 

1

Danimarka

2

1

1

0

2:1

4

2

Fransa

1

1

0

0

2:1

3

3

Avstraliya

2

0

1

1

2:3

1

4

Peru

1

0

0

1

0:1

0