İdman 11:50 15.07.2018

"DÇ-2018": Finalı kim şərh edəcək?

Bu gün dünya çempionatı sona çatır.
 
Qaynarinfo xəbər verir ki, Moskvanın "Lujniki" stadionunda Fransa və Xorvatiya qarşılaşacaqlar. Bu oyunun qalibi dünya kubokunu başı üzərinə qaldıracaq.
 
Saat 19:00-da başlayacaq qarşılaşam "İctimai" televiziya vasitəsiylə canlı yayımlanacaq.
 
Artıq final oyununun şərhçiləri də məlumdu. Tanınmış şərhçilər Gündüz AbbaszadəTural Dadaşov möhtəşəm finalı azərbaycanlı azarkeşlər üçün şərh edəcəklər.