İdman 23:00 14.07.2018

DÇ-2018-in bürünc mükafatçısı bəlli oldu

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib.
 
Qaynarinfo-nun Apasport.az-a istinadən saytının məlumatına görə, 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.

Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.

Dünya çempionatı

3-cü yer uğrunda oyun

14 iyul

Belçika – İngiltərə - 2:0

Qollar: Tomas Menye, 4, Eden Azar, 82

Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu