Video 00:00 19.06.2018

"DÇ-2018": İngiltərə əlavə vaxtda sevindi (VİDEO)

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün G qrupunda mübarizəyə start verilib.

Qrupun ikinci oyununda futbolun vətəni hesab olanan ilk və son dünya çempionluğunu 1966-ı ildə Tofiq Bəhramovun verdiyi qərar sayəsində qazanan İngiltərə Tunislə qarşılaşıb. Hesabı 11-ci dəqiqədə Harri Keyn açıb. Tunis 35-ci dəqiqədə Ferjani Sassinin penalti qolu ilə bərbərliyi bərpa edib. İngiltərənin qol axtarışları 90+1-ci dəqiqədə nəticə verib. Yenə Harri Keyn fərqlənib - 2:1.

Qeyd edək ki, qrupun ilk oyununda Belçika ilk dəfə dünya çempionatına vəsiqə qazanan Panamanı darmadağın edib - 3:0.
 
DÇ-2018
F qrupu
I tur

18 iyun
Tunis - İngiltərə 1:2
Qollar: Ferjani Sassi, 35-pen - Harri Keyn, 11; 90+1.
Tunis: 22. Muez Hassen (1. Faruk Ben Mustafa, 16), 2. Siam ben Yussef, 4. Yassin Meria, 8. Faxreddin ben Yussef, 9. Anis Badri, 10. Vəhbi Xəzri (19. Saber Xalifa, 85), 11. Dilan Bronn, 12. Ali Maalul, 13. Ferjani Sassi, 17. Ellyes Şxiri, 23. Naim Sliti (14. Mohamed Amine Ben Amor, 73).
Ehtiyat oyunçular: 16. Aymen Matluti, 3. Yohan Benalouane, 5. Ussama Haddadi, 6. Rami Bedoui, 7. Saif-Eddine Xaoui, 15. Ahmed Xalil, 18. Bassem Srarfi, 20. Gilane Calali, 21. Hamdi Naguez.    
Baş məşqçi: Nabil Maaloul.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stouns, 6. Harri Magire, 7. Cesse Linqard (4. Erik Dier, 90+3), 8. Cordan Henderson, 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Raşford, 68), 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli (21. Ruben Loftus-Çeek, 80).
Ehtiyat oyunçular: 13. Jak Butland, 23. Nik Pope, 3. Danni Roze, 11. Ceymi Vardi, 14. Danni Uelbek, 15. Hari Kahill, 16. Pil Yones, 17. Fabian Delp, 22. Trent Aleksander-Arnold.
Baş məşqçi: Qaret Sautqeyti.
Sarı vərəqə: Kayl Uolker, 33.
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (Kolumbiya), Rikardo Montero (Kosta Rika).
Volqoqrad. "Volqoqrad Arena".
 

1

Belçika

1

1

0

0

3:0

3

2

İngiltərə

1

1

0

0

2:1

3

3

Tunis

1

0

0

1

1:2

0

4

Panama

1

0

0

1

0:3

0