İdman 23:56 15.06.2018

DÇ-2018: Ronaldo Portuqaliyanı məğlubiyyətdən xilas etdi 3:3 - YENİLƏNİB

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında növbəti oyuna start verilib.

Qaynarinfo xəbər verir ki, "B" qrupunun ikinci oyununda Portuqaliya və İspaniya üz-üzə gəlir. 

Qarşılaşmanı italiyalı hakim Canluka Rokki idarə edir.

***
Oyunun 3-cü dəqiqəsində Kriştiano Ronaldonun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla Portuqaliya 

hesabda önə keçib. 
 
****
24-cü dəqiqədə Dieqo Koştanın vurduğu qolla İspaniya  hesabı bərabərləşdirir.
 
***
Ronaldo 44-cü dəqiqədə vurduğu qolla ikinci dəfə  Portuqaliyanı önə keçirir.
 
***
Portuqaliya fasiləyə 2:1 üstünlüklə yollanır
 
**
İkinci hissə başladı

***

Dieqo Kosta dubl edir. O, 55-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

Naço 58-ci dəqiqədə İspaniyanı önə keçirir: 2:3
 
***
Ronaldo 88-ci dəqiqədə bərabərlik qolunu vurdu. 

*** 
Matç 3:3 hesabı ilə başa çatıb.